Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ekoloq: Bakı "küləklər şəhəridir", ona görə də heç kim qorxmamalıdır

© pixabay / Roberto BarresiGüclü külək, sahilə çırpılan dalğalar
Güclü külək, sahilə çırpılan dalğalar - Sputnik Azərbaycan
Abunə olmaq
Telman Zeynalov: "Mən bundan da betər havalar görmüşəm"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 17 yanvar — Sputnik. Bu gün saat 21:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir:

"Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub. Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir".

Xatırladaq ki, ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq, 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb. Nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib.

Milli Hidrometorologiya Departamentində yaradılan Qərargahdan müşahidə olunan proseslə bağlı ətraflı məlumatlar – yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü ilə bağlı məlumatların hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin edilir və ictimaiyyətə KİV vasitəsilə məlumatlar canlı və yazılı şəkildə verilir.

Bakıda reklam lövhəsi, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Külək bir şəxsi xəstəxanalıq etdi, vəziyyəti ağırdır

Ancaq bəzi smartfon və “iPhone” telefonlarında hava proqnozu ilə bağlı tətbiqlərdə ölkədəki hava şəraiti barədə fərqli məlumatlar göstərilir. Bu da təbii ki, əhalidə çaşqınlıq yaradır. Vətəndaş kimə və nəyə inanacağını bilmir.

Sputnik Azərbaycan əhalidə yaranmış bu çaşqınlığa aydınlıq gətirmək məqsədilə aidiyyəti şəxslərə müraciət edib.

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, telefonlarda oxuduğunuz hava haqqında proqnozlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məhsulu deyil. Bu məlumatlar internet məkanında olan və müxtəlif ölkələrdə yayımlanan saytlardan götürülən məlumatlardır: “Həmin proqramlar sırf rəqəmli modellərin nəticələridir ki, burada ölkənin coğrafi mövqeyi, yer səthi, relyefi və s. nəzərə alınmır”.

“Bizim təqdim etdiyimiz proqnozlar çoxsaylı rəqəmli modellərin və lazımi sinoptik xəritələrin təhlili və eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən 72 hidrometeoroloji stansiyaların məlumatlarının təhlili nəticəsində hazırlanır. Yerli müşahidələr çox vacibdir və proqnozların keyfiyyətinə çox böyük təsir göstərən amildir. Bütün bunlar təhlil olunmadan keyfiyyətli proqnoz, məhsul təqdim etmək mümkün deyil" – deyə ETSN rəsmisi qeyd edib.

Ураганный ветер в Баку снес автобусную остановку - Sputnik Azərbaycan
HADİSƏ
Güclü külək ilk fəsadını verdi

U.Tağıyevanın sözlərinə görə, qurum digər ölkələrin Azərbaycan-Bakı üçün hansı proqnozlar verdiyini izləyir: "Çox zaman bu proqnozlar bizim proqnozlardan fərqlənir, xüsusən də külək göstəriciləri. Bu gün baş verənləri də buna misal kimi göstərə bilərik. İnternetdə "gismeteo" saytında Bakı üçün ayın 17-də küləyin sürəti 15 m\s göstərilmişdi. Hazırda faktiki müşahidələr isə qasırğa göstərir. Küləyin saniyədə maksimal sürəti 30-35 km-ə çatır. Eyni zamanda Bakıda havanın temperaturu 6C göstərilirdi, halbuki biz günorta saatlarında 2C-dən çox olduğunu gözləmirik. Həmin saytda həm də, bu gün üçün yağış proqnoz edilmişdi. Amma bizim məlumatlara görə, yağışın sulu qara keçməsi ehtimal edilir".

Umayra Tağıyeva vətəndaşlara müraciət də edib: “Əhalidə çaşqınlıq yaranmasın. İnformasiya azadlığıdır, istənilən informasiyadan istifadə etmək olar, lakin yaxşı olardı ki, mobil operatorlar təqdim etdikləri informasiyaların mənbəyini göstərsinlər. Bizim məlumatlarımız isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yerləşdirilir. Xəbərdarlıqlar verilir. Bütün məlumatları saytımızdan əldə edə bilərsiniz".

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, mobil telefonlarda hava proqnozu ilə bağlı olan mobil tətbiqlər müxtəlif şirkətlərdən məlumatlar alır. Bu məlumatlar dünyanın peyklə bağlı ixtisaslaşmış qurumlarından alınır.

"Əsas məsələ informasiyanın haradan alınması, emal edilməsi, təhlil edilərək inamlı bir formaya salınmasıdır. Ola bilər ki, hansısa tətbiq peykdən gələn informasiyanı təhlil etmədən yayımlayar. Burada müəyyən subyektivlik ola bilər. Əsas məsələ məlumatın mənbəyi və o informasiyanın alan qurumun alıb emal etməsidir. Hava haqqında məlumatların özünü doğrultması qurumların söykənəcəyi informasiyanın mənbəyi və bu informasiyanı emal edən qurumun peşəkarlığından asılıdır".

Bakıya yağan yağış nəticəsində yaranan tıxac - Sputnik Azərbaycan
Duman, yağış, külək - Həftənin ilk gününün hava proqnozu

O.Gündüz qeyd edib ki, vətəndaşlar etibar etdikləri qurumların məlumatlarına güvənməlidir: "Eyni zamanda vətəndaşın əlində imkanlar varsa, digər mənbələrdən aldığı məlumatlarla müqayisələr apara bilərlər. Ancaq xüsusi olaraq qeyd etməliyəm ki, qurumlarımız da vətəndaşların etibarını qazanmaq üçün daha yaxşı və güvənli işləməlidir”.

Ekoloq Telman Zeynalovun fikrincə də, qurumlar əhalinin etibarını itirdiklərinə görə vətəndaşlar onların məlumatlarına inanmır: “Əvvəllər havanı öyrənmək üçün hər yerdə avadanlıqlar qurulurdu. Ancaq indi hər yerdə bina tikirlər. Bu səbəbdən də məlumatlar düzgün şəkildə verilmir. Məsələn, bu gün 40m\s külək deyilib. Amma havada küləyin gücü 25m\s-dir. Bu səbəbdən də vətəndaşlar daha çox xaricdən verilən məlumatlara inanırlar".

Ekoloq qeyd edib ki, ETSN son zamanlar daha yaxşı işləməyə başlayıb. Ancaq təbliğatı da düzgün aparsalar, heç bir problem olmazdı: “Məsələn, xəbərdarlıqlar düzgün verilməlidir ki, əhali qorxuya düşməsin. Mən bundan da betər havalar görmüşəm. Bakı "küləklər şəhəridir". Heç kim qorxmamalıdır".

Xəbər lenti
0