BAKI, 17 yanvar — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Millli Hidrometroloji Proqnozlar Bürosunun 17-18 yanvar tarixləri üçün yaydığı proqnozda bu gün güclü külək əsəcəyi ilə bağlı xəbərdarlıq eidlmişdi.
Hava şəraitinin ifrat dərəcədə dəyişməsi ilə əlaqədar olaraq Binə Ticarət Mərkəzində bir şəxsin üzərinə lövhə aşıb. Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən bu haqda məlumat daxil olub. Məlumatda qeyd olunur ki, hazırda yaralı kişi 1 saylı Respublika Kliniki Tibbi Mərkəzinə gətirilir. Xəstənin vəziyyətinin ağır olduğu qeyd olunur.
Qeyd edək ki, hələ ki, həmin şəxsin kimliyi haqda məlumat yoxdur.