BAKI, 15 yanvar — Sputnik. Londonun "Arsenal" klubunun baş məşqçisi Unai Emeri rəhbərliyə bildirib ki, klubun yarımmüdafiəçisi Məsut Özilə ehtiyac duymur və onun artıq klubu qışda tərk etməsini istəyir. Bu barədə Sputnik Azərbaycan "Mir24"-ə istinadən xəbər verir.
Emeri hesab edir ki, Özilin satışı komandanın gücləndirməyə kömək edəcək. Çünki hazırda "Arsenal"ın yeni oyunçular almağa imkanı yoxdur. Yeganə problem isə almaniyalı futbolçunun məvacibinin yüksək olması və onun klubu tərk etmək istəməməsidir.
Qeyd edək ki, Özil "Arsenal"-a Madrid "Real"ından 2013-cü ildə keçib.