Putin Paşinyanın baş nazir seçilməsinə münasibət bildirib

© Sputnik / Aleksey DruzhininRusiya prezidenti Vladimir Putin və Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
"Hesab edirəm ki, dialoq və birgə konstruktiv iş Rusiya – Ermənistan müttəfiqlik əlaqələrinin bundan sonrakı möhkəmlənməsinə öz töhfəsini verəcək"

BAKI, 14 yanvar — Sputnik. Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsi münasibəti ilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, təbrik teleqramının məktubu Kremlin rəsmi saytında yerləşdirilib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Devid Petreus - Sputnik Azərbaycan
Putin NATO üçün "ən böyük hədiyyədir" – Sabiq MKİ rəhbəri

Putinin sözlərinə görə, ölkələr arasında münasibətlər dostluq və qarşılıqlı hörmət əsasında qurulub: "Hesab edirəm ki, dialoq və birgə konstruktiv iş Rusiya – Ermənistan müttəfiqlik əlaqələrinin bundan sonrakı möhkəmlənməsinə öz töhfəsini verəcək".

Qeyd edək ki, daha əvvəl Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri təyin olunması haqqında sərəncam imzalayıb.

Ermənistan Konstitusiyasına əsasən baş nazir parlamentdə seçilmir. Belə ki, parlamentdə üstünlük qazanan siyasi qüvvə öz namizədini irəli sürür və bundan sonra prezident onu təsdiqləyir.

Xatırladaq ki, ötən ilin dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku 70,43% (884456) nəticə ilə qalib gəlib.

İkinci yeri Çiçəklənən Ermənistan Partiyası tutub - 8,27% (103824). Partiya lideri Qagik Sarukyan dəfələrlə Paşinyanı dəstəkləyib. Paşinyanın İşıqlı Ermənistan Partiyasının timsalında tapdığı müttəfiqi 6,37% (80024) səslə üçüncü yerdədir. Digər siyasi qüvvələr Ermənistan Milli Məclisində təmsil olunmaq üçün zəruri baryeri keçə bilməyiblər.

Xəbər lenti
0