BAKI, 9 yanvar — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbəri Devid Petreus Rusiya prezidenti Vladimir Putini NATO üçün "ən böyük hədiyyə" adlandırıb.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu o Hindistanda "Raisina Dialogue" konfransında çıxışı zamanı bildirib.
Petreusun fikrincə, Putinin hakimiyyətə gəlişi alyansın "mövcudluğu üçün" yeni səbəb olub.
Sabiq MKİ rəhbəri, həmçinin ehtimal edib ki, Vaşinqton NATO köməkliyi ilə "yeni geosiyasi düzəni" şübhə altına alacaq.