SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Üç müsəlman ölkəsi İsraillə əlbir olaraq Türkiyəyə qarşı müdhiş plan hazırlayıb

© Turkish Defence Ministry via AP, PoolTürkiyə ordusu Suriya sərhədində
Türkiyə ordusu Suriya sərhədində - Sputnik Azərbaycan
Abunə olmaq
Cohen Türkiyəni bölgədəki hədəflərinə qarşı ən böyük rəqib olduğunu və Türkiyənin nüfuzunun azaldılmasına istiqamətlənən strategiyaları hazırlanmasının vacibliyi vurğulanıb

BAKI, 9 yanvar — Sputnik. İsrail, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının kəşfiyyat orqanlarının rəhbərləri Türkiyəni hədəfə alan gizli bir toplantı keçirib. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə mərkəzi ofisi Londonda yerləşən "Middle East Eye" nəşri yazıb.

Məlumata əsasən, Körfəz ölkələrindən birində baş tutan toplantı zamanı İran və Türkiyənin Yaxın Şərq regionunda nüfuzunun artmasının qarşısını almaq barədə qərar qəbul edilib.

Toplantıya İsrailin "Mossad" kəşfiyyatı qurumunun rəhbəri Yossi Coheninin şəxsən qatılması diqqətləri xüsusilə çəkib. O, görüş iştirakçılarına bildirib ki, "İranın bölgədəki gücünü dəf etmək olar, əsl təhdid Türkiyədən gəlir".

Cohen Türkiyənin bölgədəki hədəflərinə qarşı ən böyük rəqib olduğunu və Türkiyənin nüfuzunun azaldılmasına istiqamətlənən strategiyaların hazırlanmasının vacibliyini vurğulayıb.

ABŞ-ın dövlət katibi Mayk Pompeo - Sputnik Azərbaycan
YAZARLAR
Türkiyə və ABŞ yenidən üz-üzə - Bölgədə yeni oyun başlayır

Görüş iştirakçıları Türkiyənin nüfuzunu azaltmaq üçün dörd istiqamətli bir strategiya hazırlayıb. Strategiyaya Əfqanıstanda "Taliban"la müzakirələrin davam etdirilməsi, İraqda sünni kartına nəzarət edilməsi, Əsəd rejiminin yenidən Ərəb Birliyinə daxil edilməsinə istiqamətlənmiş səylərin sürətləndirilməsi, Türkiyəyə qarşı Suriya və İraqda terror kartının (PKK/YPG) istifadəsi daxildir.

Qeyd edək ki, ötən gün Ankarada Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında danışıqlar həyata keçirilib. Məlumata əsasən, danışıqlar prezident sarayında, qapalı qapılar arxasında baş tutub və 2 saat 10 dəqiqə davam edib. Görüşdən sonra isə planlanlaşdırılan mətbuat konfransı ləğv edilib.

Bildirilir ki, Türkiyə Vaşinqtona müraciət edərək Suriyada olan ABŞ bazasının onlara təhvil verilməsini və ya məhv edilməsini istəyib.

Qəzetin adı açıqlanmayan mənbələrinin sözlərinə görə, Türkiyə ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra Suriyada olan 22 bazanın kürd qruplaşmalarına təhvil verilməsinin əleyhinədir.

Xatırladaq ki, 2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.

Xəbər lenti
0