CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kamal Abdulla: "Bəzi müəllimlər tələbələri etirazlara səsləyiblər"

© Sputnik / Nigar MaharramAzərbaycan Dillər Universitetində rektor Kamal Abdulla jurnalistlərlə görüş keçirib
Azərbaycan Dillər Universitetində rektor Kamal Abdulla jurnalistlərlə görüş keçirib - Sputnik Azərbaycan
Abunə olmaq
Masaj kursunu bitirərək uzun illər ADU-da işləyən şəxslə bağlı Kamal Abdulla bir sıra məsələlərə aydınlıq gətirib

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Bu gün Azərbaycan Dillər Universitetində rektor Kamal Abdulla jurnalistlərlə görüş keçirib. Rektor son günlər universitet haqqında səsləndirilən ittihamlar haqda danışıb, jurnalistlərin suallarını cavablandırıb.

© Sputnik / Nigar MaharramKamal Abdulla
Kamal Abdulla: Bəzi müəllimlər tələbələri etirazlara səsləyiblər - Sputnik Azərbaycan
Kamal Abdulla

- Uzun illər universitetdə işləyən Elmira Baxşəliyeva universitetdən çıxarıldığını iddia edərək məhkəməyə müraciət edib. E.Baxşəliyevanın universitetdən çıxarılması məsələsinə aydınlıq gətirərdiniz.

- O xanım uzun illər universitetdə işləyib. Ona heç “gözün üstdə qaşın var” deyən də olmayıb. Lakin biz onun fəaliyyətində nöqsanlar aşkarladığımız üçün başqa şöbəyə keçirtdik. Bununla əlaqədar olaraq artıq o, məhkəməyə müraciət edərək işdən çıxarıldığını bildirib.

- E.Baxşəliyevanın fəaliyyətində hansı nöqsanlar aşkarlanıb?

- Həmin şəxs bir laborantı ildə 3 dəfə məzuniyyətə göndərib. Bu, birbaşa olaraq saxtakarlıq hesab edilir. Komissiya tərəfindən onun işi araşdırıldıqda tör-töküntü və biabırçı vəziyyətlə qarşılaşdıq. Məlum oldu ki, onun yaşı da ötüb. Hətta həmin şəxsin ali savadının da olmamasını öyrəndik. Mənə bildirildi ki, o, sadəcə olaraq masaj kursunu bitirib. Onun qol çəkdiyi sənədlərdə maaşla bağlı heç nə yazılmırdı.

- Deyirlər ki, siz qohumlarınızı, dostlarınızı universitetdə işlə təmin edirsiniz. Bu fikirlər nə dərəcədə doğrudur?

Ankara - Sputnik Azərbaycan
Hökumət düyməyə basdı - 10 universitet bölünəcək

- Kim deyirsə ki, mən universitetə öz qohumlarımı işə gətirirəm, yalandır. Burada işləyən bir qohumum professor Azad Məmmədovdur. Azad Məmmədov da məndən öncə bu universitetdə çalışıb. Onun İngiltərədə ingilis dilində kitabı da çap olunub, Xomskinin kitabını dilimizə tərcümə edib. Ondan başqa bir qohumum varsa, bunu mənə göstərin. Dost-tanışlarla bağlı səsləndirilən iddialara da cavab vermək istəyirəm. Bu universitetdə 17 il kafedra müdiri vəzifəsində işləmişəm. Kafedra müdiri kimi ilk təcrübəmi məhz burada toplamışam. Əlbəttə, mənim burada dostlarımın olması normaldır. Rektor kimi bura gəlib gərginliyi aradan qaldırmaq üçün inandığım insanlarla işləməli idim. Tədrisə baxışımız eyni olan adamları yanımda görmək istəyirəm.

- Bizə maraqlıdır, siz bu şəxslərin fəaliyyətində nöqsanların olduğunu bildiyiniz halda, niyə onlardan məhkəməyə şikayətçi olmadınız?

- Hər zaman sərt addımların əleyhinə olmuşam. Bu səbəbdən məhkəməyə müraciət etməmişəm. Gözləmişəm ki, digər tərəf məhkəməyə müraciət etsin, mən də əks iddia ilə çıxış edim. Onlar haqqımda müəyyən böhtanlar səsləndirirlər. Amma inanın, mən hətta istəsəydim belə, il yarımlıq fəaliyyətimdə zay məhsul yarada bilməzdim. Universitetin həyatını bu günə qoyan mən yox, həmin adamlar olub.

- Başqa hansı işçilərin işində nöqsan aşkarlanıb?

Müəllimlərin imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Universitet qəbul prosesinə başlayıb

- Mənə gələn şikayətlərdən biri də maaşların sənəddə yazılmaması ilə bağlı idi. Bir yerdə işçiyə başqa maaş, digər yerdə isə tamamilə fərqli maaş deyirdilər. Bu səbəbdən baş mühasib, kadrlar şöbəsinin rəisi işdən çıxarılıb. Burada kimi işdən çıxarırsan, ya intihar edəcəyini, ya da cənab prezidentə şikayət edəcəyini deyir. Bir adam güzgüdə özünə baxıb sual vermir ki, niyə işdən çıxarıldım, niyə töhmət aldım. Düşünürəm ki, əgər onlarla barışsaydım, heç bir töhmət verməsəydim, bu problemlər də, yəqin, üzə çıxmayacaqdı.

- Sizdən şikayətçi olan müəllimlərlə məhkəməyə müraciət etməzdən öncə görüşmüsünüz?

- Məni ittiham edən dekanla öncədən də görüşmüşəm. Mənə maraqlıdır ki, tələbələrin savadsız olduğunu deyən bəndə niyə töhmət aldıqdan sonra bu fikirləri səsləndirir? Bir ay əvvəl akt zalında, yüzlərlə tələbənin qarşısında mənim şerimi əzbərdən söylədikdə niyə bunları deməyib? Fəaliyyətində nöqsanlar aşkarlandıqdan sonra isə deyir ki, tələbələr savadsızdır, onlara lüğətdən istifadə etməyə icazə verməklə tədrisdə cinayətə əl atırıq. İnanın, ədalətsiz hərəkət etsəm, gecə vicdan əzabından yata bilmərəm. Buna görə əminliklə etiraf edirəm ki, bu günədək universitetdə ədalətsiz addım atmamışam.

təhsil eksperti Nadir İsrafilov - Sputnik Azərbaycan
İsrafilov: “Yataqxana tələbə üçün universitet qədər vacibdir”

- Bildiyimizə görə, bəzi müəllimlər, hətta auditoriyalarda tələbələrə çağırış edərək onları etirazlara da səsləyiblər. Bu cür hərəkətlərə görə həmin müəllimlərə qarşı hansı addımlar atılıb?

- Tələbələr mənə məktubla müraciət edərək bildiriblər ki, müəllimlər onları etiraz etməyə səsləyirlər. Tələbə deyir ki, "müəllim bizi dərsə girməməyə səsləyir". Bütün bunlar universitet daxilində iğtişaş yaratmaq deməkdir. Belə müəllimlərə töhmət verərək onları dərsdən, imtahandan kənarlaşdırmışam. Müəllimlər var ki, tələbəni imtahanla təhdid edir. Hətta həmin müəllimin səs yazısı da var. Bu cür şəxslərə qarşı lazımi tədbirlər görürük.

- Siz ADU-ya gəldikdən sonra bir sıra yeniliklərə imza atıldı. İstəyərdik ki, il yarım ərzində görülən işlər və son yeniliklər haqda məlumat verəsiniz.

- Mən bura gəldikdən sonra yeni struktur yaratdım. Multikulturalizm, Rusiyaşünaslıq, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası, yaratdım. Son yeniliklərimiz isə ondan ibarətdir ki, artıq imtahan müddəti 2 saatdan 3 saatadək uzadılıb. Hətta 3 saat az olarsa, bu müddətin 4 saatadək uzadılmasını da təmin edəcəyəm. Saatlarının uzadılmasında əsas istəyim budur ki, tələbə imtahana asudə girsin, psixoloji cəhətdən rahat olsun, düşünsün ki, hər şeyə zamanı çatacaq. Bundan başqa artıq imtahanlarda valideynlərin də iştirakını təmin edirik. İstənilən valideyn övladının imtahan prosesini izləyə bilər.

Hicab, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hicab məsələsi böyüyür: millət vəkili universitet rektoruna qarşı çıxdı

- Bu yeniliklər tələbələr və müəllimlər tərəfindən necə qarşılanır?

- Uşaqlar tərəfindən deyil, müəllimlər tərəfindən təhdid gördüm. Dörd il tələbə ilə birgə hazırlaşmalı olan, lakin hazırlaşmayanlar deyir ki, niyə imtahanda tələbələrə bu qədər şərait yaradılır? İmtahanlarda saatların artırılması məsələsi müəyyən qruplar tərəfindən narazılıqla qarşılanır. Müəllim istəmir ki, imtahanda 2 saat əvəzinə 3 saat otursun. Xatırlayanlar var, hələ sovet dövründə imtahanlarda müəllimlə tələbə üzbəüz oturardı. Bu zaman tələbə müəllimə sual verə bilirdi. Bəs bu indi niyə olmasın? İndi belə şərt qoyulub ki, imtahan nəzarətçisi fənnin mütəxəssisi ola bilməz. Bu zaman uşaq müəllimdən kiçik yardım da ala bilmir. Amma mən bu qaydalara da dəyişiklik etdim. Belə qərara gəldik ki, ən azı ixtisassa yaxın fənnin müəllimi imtahana nəzarətçi salınsın. Filologiya fənn imtahanında tarixçinin nəzarətçi olması daha qəbulediləndir. Ən azı, müəyyən adları xatırlatmaqda tələbəyə yardımçı ola bilər.

- Təhsil haqqı elə də aşağı deyil. Bilmək istəyirik ki, təhsil haqqının ödənilməsi ilə bağlı hansı güzəştlər edilir?

- Biz hansısa tələbəyə demirik ki, təhsil haqqını birdəfəyə ödə. Hətta tələbə yazıb bildirdikdə ki, hansısa müddətədək təhsil haqqını ödəyə biləcək, biz gözləyirik. Əlilliyi olan, yetim, şəhid ailələrinə qarşı daha həssas yanaşırıq.

İlham Mədətov - Sputnik Azərbaycan
Azərbaycanda universitet rektoru dəyişdi

- Son illərdə universitetdə müəllimlik ixtisasını bitirənlərin neçə faizi işə qəbul olunub?

- 2016-cı ildə ADU-da müəllimlik ixtisasını bitirənlərin 22 faizi işə qəbul olunub. 2017-ci ildə bu rəqəm 26 faizə qalxıb.

- Tələbələr üçün başqa hansı şəraitlər yaradılır?

- Biz artıq bir sıra universitetlərlə ikili diplom layihəsi üzərində işləyirik. Bundan başqa tələbələrimizin Milli Məclisdən Xarici İşlər Nazirliyinədək bir çox yerlərdə istehsalat təcrübəsində olmalarını təmin edirik.

Xəbər lenti
0