Hökumət düyməyə basdı - 10 universitet bölünəcək

© Sputnik / Anton Denisov / Mediabanka keçidAnkara
Ankara - Sputnik Azərbaycan
Abunə olmaq
Hökumət 15 yeni universitetin qurulmasına dair qanun layihəsini parlamentə təqdim edib

BAKI, 20 aprel — Sputnik. Türkiyədə hökumət 15 yeni universitetin qurulması üçün yeni qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edib. Qanun layihəsi ilə İstanbul, Qazi və İnönü universitetləri başda olmaqla 10 təhsil ocağı bölünəcək.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, TBMM-ə təqdim olunan layihəyə görə, Qaziantep Elm və Texnologiya, Samsun, Sivas Elm və Texnologiya, İstanbul Tuna və İzmir Tınaztepe adlarında 5 yeni universitet yaradılacaq.

Bunlarla yanaşı, mövcud 10 universitet (İstanbul, Qazi, Səlcuq, İnönü, Sakarya və digər universitetlər) bölünəcək. Bu universitetlərdən çıxarılacaq bəzi fakültələrə əlavə olunacaq başqa fakültələrlə daha 10 yeni universitet təsis ediləcək.

Xəbər lenti
0