Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda 16 nəfər dəm qazından, 6 nəfər dərmandan zəhərlənib

CC BY 2.0 / Phil and Pam Gradwell / DripУкол пациенту в больнице. Архивное фото
Укол пациенту в больнице. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Xoşbəxtlikdən dəm qazından zəhərlənənlər arasında dünyasını dəyişən olmayıb

BAKI, 7 yanvar — Sputnik. "Dəm qazından zəhərlənmə ilə bağlı 16 müraciət daxil olub, onlardan yeddisi xəstəxanaya yatırılıb. Zəhərlənənlər arasında azyaşlılar da olub". 

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
HADİSƏ
Ağdamda dəm qazı can aldı

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, dəm qazından zəhərlənən iki azyaşlı 4 və 5 yaşlarında olub.

"Xoşbəxtlikdən dəm qazından zəhərlənənlər arasında dünyasını dəyişən olmayıb" – deyə A.Maqsudov əlavə edib.

Baş həkim dərman zəhərlənməsi haqda da danışıb. Onun sözlərinə görə, ötən həftə ərzində dərman zəhərlənməsi ilə bağlı müraciətlər daxil olub: "Bir həftədə 6 nəfər dərman zəhərlənməsi müraciəti ilə daxil olub. Bu dərmanlar soyuqdəymə zamanı qəbul edilən və antidepressant hesab edilən vasitələr olub. Zəhərlənməyə səbəb isə dərmanın dozadan artıq qəbuludur".

"Ötən gün də bir ana 7 uşağı ilə müraciət etmişdi. Anada yüngül dərəcədə dəm qazından zəhərlənmə aşkarlansa da, uşaqlarda bu hal müşahidə edilməyib" - deyə baş həkim əlavə edib.

Xəbər lenti
0