CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səbirsizliklə gözlənilən aviareys baş tutmadı

© SputnikTəyyarə sərnişinləri, arxiv şəkli
Təyyarə sərnişinləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Aviareysin hansı səbəbdən təxirə salındığı məlum deyil

BAKI, 5 yanvar — Sputnik. Yanvarın 5-də həyata keçirilməli olan Soçi-Bakı-Soçi aviareysi ləğv edilib.

Самолет AZAL - Sputnik Azərbaycan
AZAL bu dəfə də Küveytə aparacaq

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Ural Airlines” aviaşirkətinin yerli vaxtla saat 21:20-də “U6 2663” saylı Soçidən Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Ural Airlines” aviaşirkətinin yerli vaxtla saat 22:20-də Bakıdan Soçiyə olan “U6 2664” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Soçi-Bakı-Soçi aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Xəbər lenti
0