BAKI, 19 noyabr — Sputnik. Cari ilin 22 dekabr tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçirəcək. Sputnik Azərbaycan-a AZAL-dan daxil olan məlumata görə, J2-119/J2-120 reysləri həftədə iki dəfə çərşənbə axşamı və şənbə günləri reallaşacaq. Bu reyslər ekonom sinif və komfort-klub konfiqurasiyalı Airbus A319 tipli təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından baş tutacaq.
Qeyd edək ki, əvvəllər Küveyt istiqaməti üzrə uçuşlar aviaşirkət tərəfindən çarter proqramı əsasında həyata keçirilirdi.