BAKI, 3 yanvar — Sputnik. Belçika, Dominikan Respublikası, Almaniya, İndoneziya və Cənubi Afrika Respublikası BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri seçilib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, bu ölkələr iki il müddətində (2019-2020) BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvləri olacaq.
Dominikan Respublikası daha öncə heç vaxt BMT Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvü olmayıb. Almaniya və Belçika BMT Təhlükəsizlik Şurasının 6-cı dəfə qeyri daimi üzvü, CAR üçüncü, İndoneziya isə beşinci dəfə bu missiyanı üstlənir.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 15 üzvü var. Onlardan 10-u qeyri-daimi üzvdür. Bu ölkələr BMT Baş Assambleyası tərəfindən iki il müddətinə seçilir.
BMT Baş Assambleyasının 5 daimi üzvü ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransadır.