CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlar "Donuz ili"ndən nə gözləyir: Ev, yaxşı güzəran, pullu qaynata...

© Sputnik / Murad OrujovBakı küçələrində bayram əhval-ruhiyyəsi
Bakı küçələrində bayram əhval-ruhiyyəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Gözləntilərim yalnız bunlardır: manatın devalvasiyası, bir çox məhsulların bahalaşması, neftin çarəsizliyi"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 31 dekabr — Sputnik. 2018-cu ilin bitməsinə sayılı günlər qalıb. İt ili yavaş-yavaş öz yerini Donuz ilinə verir. Bu il həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə çox sayda hadisələr baş verdi. Təbii ki, hər kəsin yeni ildən də gözləntiləri var.

Geri sayım artıq başlayıb! Bakılılar ilin son saatlarını necə keçirir  - Sputnik Azərbaycan
VİDEO
Geri sayım artıq başlayıb! Bakılılar ilin son saatlarını necə keçirir

Maraqlıdır, xalqımız 2019-cu ildən nələr gözləyir? Sputnik Azərbaycan bu suala cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Sorğumuzda iştirak edənlərin cavablarını olduğu kimi təqdim edirik:

Rafiq Qardaşov: "Heç bir gözləntim yoxdur".

Bəxtiyar Hacıyev: "Gözləntilərim yalnız bunlardır: manatın devalvasiyası, bir çox məhsulların bahalaşması, neftin çarəsizliyi".

Rövşən Əsədov: "2019-cu ildən ölkəmiz üçün gözləntim odur ki, Brent və Layt markalı neftimizin qiyməti yüksək olsun, gediş haqları artmasın, "Koroğlu" metro stansiyası yaxınlığındakı Nəqliyyat Mübadilə Mərkəzi, "Xətai" metro stansiyası istifadəyə verilsin. Qarabağ münaqişəsinin həlli istiqamətində yollar görünsün. Şəxsi həyatda isə xoş xəbərlər almaq gözləyirəm. Ümid edirəm, 2019-cu il də ailəmizə üzüntülər, itkilər yaşatmaz. Qismət olarsa, gələn il ailə qurmağı da də düşünürəm".

Elvin Səlimov: "Gələn ildən pullu qayınata arzulayıram. Daha kirayədə yaşamaq istəmirəm".

Almaz Həsrət: "Mən 7 illik doktorantura təhsilimin müdafiəsi gününü gözləyirəm. Ümid edirəm ki, gələn ildə həmin gün reallaşacaq".

Məhəmməd Türkmən: "Ev istəyirəm. Tək istəyim evdir, yəni ev ala biləcək qədər qazanc".

Yeni il üçün canlı yolkanı necə seçməli və əkməli  - Sputnik Azərbaycan
VİDEO
Yeni il üçün canlı yolkanı necə seçməli və əkməli

Elşad Mətləboğlu: "Bərəkətli il olmasını istərdim".

Vəfa Fərəc: "Ailəmə, sevdiklərimə can sağlığı arzulayıram".

Nara Rəşidova: "2018-ci ildə, demək olar ki, arzuladığım hər bir şeyə birdəfəlik çatdım. 2019-dan qiymətlərin qalxmamasını, əlacsız, xəstə, çarəsiz insanların pulsuz müayinə və müalicə olunmasını diləyirəm. Heç bir sosial şəbəkədə hər hansı bir uşaq və ya böyük üçün hesab açılıb yardım istənilməsin. Hər kəsin qazancı yaşaması üçün yetərli olsun".

Nihat Hüseynzadə: "İldən nəsə gözləmək məntiqsizlikdir, bu heç bir elmi əsasa uyğun gəlmir. Məncə, insanlar ildən nəsə istəməyi saxlayıb, özlərindən nəsə istəməlidirlər. Uğurun açarı özündən nəsə istəyib, buna əməl etməkdi. İnsan özü özünün "Santa Claus"udur".

Xəbər lenti
0