Otuz il əvvəl törədilmiş qətlə görə edam edildilər

Abunə olmaq
İyul ayında "Aum Sinkro" terror sektasının lideri Seko Asaxari və 12 keçmiş sekta üzvü edam edilmişdi

BAKI, 28 dekabr — Sputnik. Yaponiyada 30 il əvvəl törədilmiş qətlə görə, iki nəfər edam edilib

Qaşıqçının qətlinə etiraz edən adam - Sputnik Azərbaycan
Qaşıqçının ölümü ilə bağlı 5 nəfər edam oluna bilər - SƏRT QƏRAR

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyanın ədliyyə naziri Takasi Yamasita çoxsaylı araşdırmadan sonra dekabrın 25-də cinayətkar qrupun üzvü və keçmiş investisiya məsləhətçisinin edam edilməsi ilə bağlı qərar verildiyini bildirib.

"Bu həddən artıq qəddar bir hadisə olub, onlar eqoist səbəblərdən başqa birinin dəyərli həyatına son qoyublar" – deyə o qeyd edib.

Qeyd edək ki, bu il Yaponiyada 15 nəfər edam edilib. Bu son 10 il ərzində ölkədə verilmiş ən çox edam qərarıdır.

İyul ayında "Aum Sinkro" terror sektasının lideri Seko Asaxari və 12 keçmiş sekta üzvü edam edilmişdi.

Hazırda ölkədə 100 nəfəri edam hökmü gözləyir. Qeyd edək ki, Yaponiyada edam qərarlar verildikdən bir neçə il sonra həyata keçirilir.

Xəbər lenti
0