Qaşıqçının ölümü ilə bağlı 5 nəfər edam oluna bilər - SƏRT QƏRAR

© REUTERS / Dinuka Liyanawatte Qaşıqçının qətlinə etiraz edən adam
Qaşıqçının qətlinə etiraz edən adam - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq bu işdə birbaşa əli olan şəxslərin kimliyi haqda məlumatlıyıq”

BAKI, 15 noyabr — Sputnik. Səudiyyə Ərəbistanın Baş Prokurorluğu Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar bir neçə şəxsin edamını tələb edib. Sputnik Azərbaycan-ın İngiltərə mediasına istinadən xəbərinə görə, prokurorluq tərəfindən yayılan məlumatda bu cinayət işi ilə əlaqədar olaraq 11 şübhəlinin saxlanıldığı bildirilib.

Camal Qaşıqçı - Sputnik Azərbaycan
“Camal Qaşıqçı transmilli islamçı təşkilatın üzvü olub”

"Səfirliyə daxil olduqdan sonra Camal Qaşıqçıya öldürücü dozada dərman verilib. Boğularaq öldürülən jurnalistin cəsədi parçalara ayrılıb, torbalara doldurulub. Camal Qaşıqçının cəsədi elə bu şəkildə də səfirlikdən çıxarılıb. Artıq bu işdə birbaşa əli olan şəxslərin kimliyi haqda məlumatlıyıq. Hətta Qaşıqçının cəsədini təslim alan, hətta kameraları bağlayan şəxslərin də görüntülərini əldə etmişik" - deyə Səudiyyə Ərəbistanın Baş Prokurorluğundan bildirilib.

Prokurorluqdan şübhəlilərdən beşinin edamı tələb olunub.

Xatırladaq ki, 2 oktyabr tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən Camal Qaşıqçı ölkə siyasətini kəskin tənqid edən jurnalistlərdən biri olub.

Xəbər lenti
0