BAKI, 27 dekabr — Sputnik. Misirin sabiq prezidenti Hüsnü Mübarək bu gün hakim qarşısında ifadə verib. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbər verir ki, 90 yaşlı sabiq president məhkəmə qarşısına çıxarılaraq verilən sualların bir neçəsini cavablayıb.
2011-ci ildə baş verən üsyanlardan danışan Mübarək bildirib ki, həmin ilin yanvarında vitse-prezident Ömər Süleymani baş verə biləcək təhlükə haqda onu məlumatlandırıb.
"Ömər Süleymani bildirib ki, 800 silahlı şəxs Müsəlaman Qardaşları İttifaqından dəstək alaraq Qəzza tunelindən paytaxta doğru hərəkət edir. Həbsxanalardan qaçanlar da bu ittifaqa rəhbərlik edirdilər. Bu məhbuslar isə Hizbullah, Həmas və Müsəlman Qardaşlarının üzvi idilər" – deyə Mübarək verdiyi ifadədə bildirib.
Hüsni Müabrək bəzi detaları hələ də gizli saxladığını da bildirib: "Hər şeyi açıb danışmıram. Hər şeyi danışsam, o zaman burada çox böyük diskussiyalar yaranar".
Qeyd edək ki, bu gün keçirilən məhkəmə prosesinə Hüsni Mübarək əlində çəliklə, iki oğlunun köməkliyi ilə gətirilib. O, ayaq üstdə dayana bilmdəyini deyərək, ifadə verərkən oturmaq üçün icazə də alıb.
Xatırladaq ki, Misirin sabiq başçısı 2011-ci ildə baş verən üsyanlar zamanı devrilərək 6 il məhbus həyatı yaşamışdı.