CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Növbəti ildə Azərbaycan idmançılarını ciddi sınaqlar gözləyir

© Sputnik / Murad Orujov2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasim
2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasim - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbirdə, həmçinin müxtəlif nominasiyalar üzrə ilin qalibləri təltif olunublar

BAKI, 26 dekabr - Sputnik. Bu gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idman yekunları ilə bağlı çıxışı ilə başlayıb. 

Daha sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək idmançıları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib: “Hər il olduğu kimi, bu il də ənənəyə sadiq qalaraq 2018-ci ilin yekunlarını qeyd edirik. Bu il də kifayət qədər uğurlu olub. İdmançılarımız müxtəlif idman növlərində Dünya və Avropa çempionatlarında 263 qızıl medal olmaqla, 753 medal qazanıb. Bu da böyük uğurdur”.

© Sputnik / Murad OrujovGənclər və idman naziri Azad Rəhimov
Növbəti ildə Azərbaycan idmançılarını ciddi sınaqlar gözləyir - Sputnik Azərbaycan
Gənclər və idman naziri Azad Rəhimov

“İdmançılarımız, ümumilikdə, 236 yarışda, respublika əhəmiyyətli isə 225 yarışda iştirak ediblər. Ölkəmizdə 58 beynəlxalq səviyyəli idman tədbiri keçirilib. Həmçinin idman kompleksləri və idman bazaları inşa olunub. Yeni yaradılmış 44 idman olimpiya kompleksi buna bariz nümunədir” – deyə nazir əlavə edib.

A.Rəhimov, həmçinin qeyd edib ki, növbəti ildə Azərbaycan idmançılarını ciddi sınaqlar gözləyir. Çünki Tokio Olimpiya oyunlarına vəsiqə qazanmaq üçün şans olacaq.

© Sputnik / Murad OrujovMilli Olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə
Növbəti ildə Azərbaycan idmançılarını ciddi sınaqlar gözləyir - Sputnik Azərbaycan
Milli Olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də çıxış edib. Ç.Hüseynzadə Azərbaycanın bu il də müxtəlif beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini və idmançıların fərqli ölkələrdə təşkil edilən turnirlərdə fəxri kürsüyə yüksəldiklərini vurğulayıb: “Qazandığımız uğurlar Azərbaycanın, həqiqətən də idman ölkəsi olduğunu göstərir. İnanırıq ki, qarşıdan gələn ildə də, ən azı, idmanda qazandığımız uğurları təkrar edəcəyik”.

Tədbirdə, həmçinin müxtəlif nominasiyalar üzrə ilin qalibləri təltif olunublar.

Mükafatları A.Rəhimov və Ç.Hüseynzadə ilə yanaşı, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, deputatlar, eləcə də idman ictimaiyyətinin tanınmış simaları təqdim ediblər.

Xəbər lenti
0