Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

MTN-in sabiq əks-kəşfiyyatçısının qətlində müəmma: Müşahidə kamerasına düşən kimdir?

CC0 / zgmorris13 / pistolМужчина с пистолетом в руке, фото из архива
Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qatil hələlik, saxlanılmayıb və hazırda istintaq başqa bir versiya üzərində işləyir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 26 dekabr — Sputnik. Qadınla əlaqə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı Fariz Vahabovun Bakıda qətlə yetirilməsinin səbəbi ola bilər. Bu, istintaq orqanlarının versiyaları arasında ən inandırıcı olanlardan biridir. Hüquq-mühafizə orqanlarındakı mənbənin Sputnik Azərbaycan-a bildirdiyinə görə, qətli törətməkdə şübhəli bilinən şəxs müşahidə kamerasına düşüb.

Polis maşını hadisə yerində - Sputnik Azərbaycan
HADİSƏ
Ləğv edilmiş MTN-in sabiq əməkdaşı və biznesmen qətlə yetirilib

Daha əvvəl Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, 45 yaşlı Vahabov Fariz Mirzahid oğlu dekabrın 20-də yaşadığı Sadıqcan küçəsindəki yeni yaşayış binasının həyətində qətlə yetirilib. Saat 19:26-da Vahabov maşınını həyətdə parklayarkən naməlum şəxs ona bir neçə dəfə atəş açıb. Güllələrdən ikisi onun üzünə və sinəsinə dəyib. Kişi hadisə yerindəcə keçinib.

Qeyd edək ki, hazırda əhəmiyyətinə görə işin istintaqı Bakı Şəhər Prokurorluğunda aparılır. İstintaq orqanı əvvəlcə onun biznes maraqlarının toqquşması səbəbindən öldürüldüyü barədə versiyanı yoxlayıb. Lakin bu istiqamətdə araşdırma müsbət nəticə verməyib.

Vahabovun keçmiş xidməti fəaliyyəti səbəbindən öldürüldüyünə dair şübhələr də təsdiqini tapmayıb. Yoxlamalar göstərib ki, Vahabov hərbi əks-kəşfiyyatın əməkdaşı olub və Eldar Mahmudovun (2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri postundan azad edilib) vaxtında işləyib. Lakin onun keçmiş nazirin komandasının şübhəli işlərinə heç bir aidiyyəti yoxdur. Vahabov səhhətində yaranmış problemlə əlaqədar olaraq işdən ayrılıb.

Eyni zamanda məlum olub ki, qatil Makarov tapançasından atəş açıb. Əməliyyatçılar Vahabovu qətlə yetirən şəxsin peşəkar killer olduğunu güman etmirlər. Çünki atəş yaxın məsafədən açılıb və ona görə də peşəkar killerin qurbanının başını nişan ala bilməməsi mümkün deyil.

Yeri gəlmişkən, şübhəli şəxs cinayətin baş verdiyi ərazidə quraşdırılmış müşahidə kamerasına düşüb. Onun orta yaşlı kişi olduğu təsbit edilib. Bəzi KİV-lər qətli törətməkdə şübhəli bilinən şəxsin saxlandığı barədə xəbər yayıblar. Lakin mənbənin sözlərinə görə, bu, həqiqətə uyğun deyil.

Qətlin üstünün açılması ilə əlaqədar görülən tədbirlər əsnasında bir nəfə şübhəli şəxs qismində saxlanılıb. Lakin onun Vahabovun qətli ilə əlaqəsi yoxdur. Təqdim olunan halların təfərrüatları açıqlana bilməz, çünki onlar istintaqın mənafelərinə zərər verir.

Qatil hələ ki, saxlanılmayıb. Hazırda istintaq başqa bir versiya üzərində işləyir. Bu versiyaya görə, Vahabovun fiziki cəhətdən aradan götürülməsi onun əxlaqa zidd davranışlarını təhqir kimi qəbul edən iri biznesmenlərdən biri tərəfindən sifariş edilə bilər. Qeyd edək ki, şübhəlilərin dairəsi məhduddur.

Xəbər lenti
0