CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ləğv edilmiş MTN-in sabiq əməkdaşı və biznesmen qətlə yetirilib

© Sputnik / Leyla AbdullayevaPolis maşını hadisə yerində
Polis maşını hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Xətai rayonunda sabiq MTN-in keçmiş əməkdaşı olmuş biznesmen qətlə yetirilib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Ləğv edilmiş Milli Təhlüksizlik Nazirliyinin sabiq əməkdaşı Xətai rayonunda odlu silahla qətlə yetirilib. Bu barədə Sputnik Azərbaycan-a Xətai rayon Polis İdarəsindən məlumat verilib. 

Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Azərbaycanlı keçmiş polis Rusiyada qətl törətdi

Rayon prokurorluğunun məlumatına görə isə öldürülən şəxs 45 yaşlı Vahabov Fariz Mirzahid oğludur. Cinayət dekabrın 20-də Vahabovun yaşadığı evin həyətində baş verib. O, saat 19:26-da evə qayıdıb maşınını parklamaq istəyərkən naməlum şəxs ona bir neçə dəfə atəş açıb. Güllələrin ikisi Vahabova dəyib, biri sifətindən, digəri isə sinəsindən. O, hadisə yerindəcə keçinib.

Qatil hadisə yerindən qaçıb gizlənib və hələlik saxlanılmayıb. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir. Hələlik killerin hansı silahdan atəş açdığı məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açanın şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar.

İlkin məlumata görə, Vahabov əvvəllər MTN-in əməkdaşı olub. Lakin səhhətində yaranmış problemlə əlaqədar olaraq oradan çıxıb. Sonra Vahabov bizneslə məşğul olub. İstintaqın bu günə olan daha inandırıcı versiyasına görə, qətlin törədilməsində biznes maraqların toqquşmasının rolu ola bilər.

Qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.

Xəbər lenti
0