Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rəsmi xəbərdarlıq: Korrupsiya hallarına yol verənlər barəsində ciddi qərar veriləcək

© Sputnik / Tarana KhudabakhshiyevaMilli Antidopinq Agentliyinin rəhbəri Şəfəq Hüseynli
Milli Antidopinq Agentliyinin rəhbəri Şəfəq Hüseynli - Sputnik Azərbaycan
Abunə olmaq
Xərçəng xəstəliklərində, hormonal problemlərdə istifadə edilən dərmanları 15-16 yaşlı sağlam insanlara satırlar

BAKI, 25 dekabr - Sputnik. Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) ilin yekunları ilə bağlı hesabat iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, açıqlama verib. Milli Antidopinq Agentliyinin icraçı direktoru Şəfəq Hüseynli mediaya illik hesabatla bağlı açıqlama verib. 

Millət vəkili Fuad Muradov - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanda Milli Antidopinq Agentliyi yaradılacaq

O bildirib ki, bu il Dünya Antidopinq Federasiyası üçün ağır il olsa da, ölkəmiz üçün uğurlu hesab edilə bilər: “İki ildir yaranmağımıza baxmayaraq, artıq müsbət yöndə işlər görürük. Belə ki, qurumlar və federasiyalar ilə işlərimiz öz töhfəsini verir. Daima ölkədə monitorinq keçirir və nəticələr çıxarırırq”.

Ş.Hüseynli qeyd edib ki, Milli Antidopinq Agentliyinin işi Avropa şurası tərəfindən də yüksək qiymətləndirilib: “Dünyada yeni qurum -  Beynəlxalq Test Agentliyi də yaradılıb. Artıq Beynəlxalq Test Agentliyi ilə 49-dan çox qurum işləməyə başlayıb. Biz də artıq onlarla əməkdaşlıq edirik”.

“2017-ci ilə nisbətən, bu il test sayını iki dəfə artırmışıq və 817 test keçirmişik. Beynəlxalq sifarişlər az olub. Ən çox güləş, futbol, boks və velosiped idman növləri üzrə idmançılar arasında yoxlanış keçirilib. 543 idmançı yoxlamadan keçib. Məqsədimiz dopinqdən istifadə edən idmançıları zamanında aşkarlamaqdı” – deyə Agentlik rəsmisi əlavə edib.

O, aşkarladıqları nöqsanlardan, qarşılaşdıqları problemlərdən də danışıb: “Bu il 12 güləş, 7 taekvando və digər idman növlərində, ümumilikdə 35 qayda pozuntusu olub. Bəzən elə olur, idmançıları tapa bilmirik. Xəbərdarlıq edirik ki, idmançını üç dəfə tapa bilməsək, artıq haqqında qəti qərar verərək yarışlara buraxmayacağıq”.

Лаборатория допинг-контроля. Архивное фото - Sputnik Azərbaycan
Dopinq problemi gündəmə gəldi

Şəfəq Hüseynli dopinq siyahısına düşən dərmanların bazasını hazırladıqlarını da qeyd edib. Bildirib ki, idmançılar asanlıqla dərmanın adını həmin bazaya yazaraq təhlükəli olub-olmadığını öyrənə biləcəklər.

“Dopinqin istifadəsi artıq sosial problemə çevrilib. Fitnes mərkəzlərində dopinqlərdən daha çox istifadə edirlər. Xərçəng xəstəliklərində, hormonal problemlərdə istifadə edilən dərmanları 15-16 yaşlı sağlam insanlara satırlar. Biz buna qarşı mübarizə aparacağıq və hüquq və mühafizə orqanları ilə birlikdə əməkdaşlıq edəcəyik. 2019-2020ci illərdə məşhur idmançılar ilə işləyəcəyik və təhsil proqramlarında və seminarlarda iştirak edəcəklər” – deyə AMADA rəsmisi qeyd edib.

İcraçı direktoru onu da vurğulayıb ki, federasiyalar AMAA ilə daha sürətli işləməlidir: “Bəzən məlumatları bizə gec verirlər, idmançıları gizlədirlər və qanuna zidd hərəkətlər edirlər. Bu da federasiyaların sanksiya ilə üzləşə biləcəyinə zəmin yaradır”.

“Məşqçi və idmançılar tərəfindən korrupsiya halları olub. İndiyə kimi onlara şifahi şəkildə xəbərdarlıq etmişik. Artıq bu hadisə yenidən təkrarlanarsa, o zaman həmin şəxs və ya federasiya haqqında daha ciddi qərar qəbul ediləcək” – deyə Ş.Hüseynli vurğulayıb.

Xəbər lenti
0