BAKI, 24 dekabr — Sputnik. Benyamin Netanyahunun İsraildə baş naziri olduğu dövrdə, içərisində qadın və uşaqların da olduğu 3300-dən çox fələstinli öldürülüb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Netanyahu 2009-cu ildən bəri Təl-Əvivdə hakimiyyətdədir. Onun baş nazir olduğu dövr, hazırda İsrailin nəzarətində olan Fələstin əraziləri, həmçinin Qəzza sektorunda gərginliyin artması ilə tarixə düşüb.
Bildirlir ki, məhz Netanyahunun qərarı ilə İsrail ordusu (ÇAXAL) Qəza sektorunda iki genişmiqyaslı qanlı əməliyyat keçirib: "İsrail hərbçiləri blokadada olan 2250-dən çox dinc sakini qətlə yetirib. Sıravi fələstinlilər üçün Netanyahu qanlı aksiyalar və sıxışdırma simvoluna çevrilib".
İsrailin "Betselem" hüquq müdafiə təşkilatının məlumatına görə, 2009-cu ildən bəri İsrail təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində İordan çayının qərb sahilində və Qəza sektorunda 775-i uşaq və 334-ü qadın olmaqla, ən azı 336 fələstinli həlak olub.
Yalnız 2018-ci ildə İsrail rəhbərliyi Şərqi Qüdsdə 133 fələstinlinin evinin dağıdılması qərarını verib.