BAKI, 23 dekabr – Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail hökumətinə qarşı ağır ittihamla çıxış edib. Sputnik Azərbaycan xəbər verir ki, İstanbulda keçirilən mitinqdə çıxış edən prezident İsrailin fələstinlilərə qarşı dövlət terroru həyata keçirdiyini bildirib.
“Türkiyə prezidenti kimi mən əzilənlərin səsiyəm və əzilənlərə kömək üçün bütün addımları atıram. İsrail dövlətinin rəhbəri isə zalımların səsidir. O, dövlət terroru ilə məşğul olaraq zülm yayır” – deyə Ərdoğan bəyan edib.
“İsrail tərəfi insanlığa qarşı cinayətlərinə görə məsuliyyət daşımayanədək digərlərini ittiham etməməlidir və etdiklərinə gödrə cavab verməlidir” - deyə Türkiyə prezidenti əlavə edib.
Qeyd edək ki, cümə günü Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmada daha 4 fələstinli öldürülüb. Daha 40 nəfər, o cümlədən 2 jurnalist İsrail hərbçilərinin istifadə etdiyi döyüş güllələri ilə yaralanıb.