Ərdoğan qərarını dəyişdi, hər şey təxirə salındı

© REUTERS / Fabrizio BenschTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Trampla danışıqların yekunları və baş verən son hadisələrdən sonra biz onun başlanğıcını təxirə saldıq

BAKI, 22 dekabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra Suriyada hərbi əməliyyatı təxirə salıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, tərəflər arasında telefon danışığı dekabrın 14-ü baş tutub.

"Nəhayət biz ABŞ rəhbərliyindən ümid verən səmimi sözlər eşitdik. Lakin əvvəlki biz təcrübələrə görə biz buna ehtiyatla yanaşırıq. Fərat çayından şərqdə əməliyyat barədə qərar verilib. Lakin Trampla danışıqların yekunları və baş verən son hadisələrdən sonra biz onun başlanğıcını təxirə saldıq", - deyə Ərdoğan Ankarada çıxışı zamanı bildirib.

Qeyd edək ki, dekabrın 12-i Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk ordusunun yaxın günlərdə Fərat çayının şərqində yerləşən kürd özünümüdafiə dəstələrinə qarşı əməliyyata başlamaq niyyətində olduğunu bəyan edib.

"Biz Fərat çayından şərqdə Suriyanın digər regionlarında olduğu kimi insanlara sülh və sabitlik gətirmək niyyətindəyik. Biz heç vaxt ABŞ və onun ordusuna qarşı olmamışıq, onlar həmişə bizim strateji tərəfdaşımızdır. Bizim Suriya ilə bağlı fikir ayrılıqlarımız əlaqələrimizin inkişafına təsir etməməlidir" - deyə Ərdoğan qeyd edib.

O bildirib ki, Türkiyə tərəfi baş verəcək əməliyyatla bağlı Birləşmiş Ştatları məlumatlandırıb.

Xəbər lenti
0