Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Qarabağ”ın əfsanəsi geri qayıtdı, amma oyununa ciddi şübhələr var

Abunə olmaq
"Reynaldo əvvəlki müqavilədən daha aşağı qiymətə oynamağa razı olub"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. "Qarabağ" klubu 2019-cu il öncəsi ilk transferini reallaşdırıb. Belə ki, klubunun azarkeşlərinə və futbol camesinə heç də yad olmayan braziliyalı futbolçu Reynaldo Silva iki illik fasilədən sonra yenidən "Qarabağ"ın formasını geyinəcək. Silva ilə müqavilənin imzalanması isə hər kəsin marağına səbəb olub.

Футбольное поле, фото из архива - Sputnik Azərbaycan
İDMAN
“Arsenal” – “Qarabağ” oyununda bayraq təxribatı

Sputnik Azərbaycan-ın əməkdaşı idman mütəxəssislərindən yeni transferin kluba nə kimi uğurlar gətirəcəyini soruşub.

"Qarabağ" FK-nın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov braziliyalı futbolçu Reynaldo Silvanın kluba yenidən geri dönməsi məsələsinə aydınlıq gətirib: "Reynaldo Silva 22-23 yaşı olanda "Qarabağ"a transfer olub və 4 il klubun formasını geyinib. Etiraf etməliyik ki, Reynaldo karyerasının ən yaxşı vaxtlarını bizim klubda keçirib. Hətta 21 qolla komandanın bombardiri olub. Biz istənilən futbolçu ilə yollarımızı ayıranda xoş münasibətlə ayrılırıq. 2016-cı ildə kluba dəyişiklik lazım olduğundan Reynaldo ilə də qarşılıqlı anlaşma yolu ilə yollarımızı ayırmışdıq".

"O, istər Azərbaycan, istər xarici mətbuatda həmişə "Qarabağ" klubu haqqında xoş sözlər deyib. Reynaldonun Qazaxıstanın "Aktobe" klubu ilə müqaviləsi bu il bitdi və o, sərbəst futbolçu oldu. O, noyabrda Azərbaycana dəvət olunmuşdu. Jurnalistlərə açıqlamasında yenə də "Qarabağ" haqqında xoş sözlər demişdi. Bundan sonra biz də onu geri qaytarmaq fikrinə düşdük. Keçmiş yaxşı futbolçumuzu yenidən kluba qəbul etdik və şərtlər uyğun gəldi, müqavilə imzaladıq" – deyə klubun sözçüsü əlavə edib.

N.İbarhimov müqavilənin şərtlərindən də söz açıb: "Reynaldo ilə iki il yarıma qədər müqavilə bağlanılıb. Müqavilənin zamanı gedişatdan asılı olacaq. İki tərəfdən biri narazı olarsa, müqaviləyə daha tez xitam verilə bilər. Qeyd edim ki, Reynaldo əvvəlki müqavilədən daha aşağı qiymətə oynamağa razı olub. Onun indiki məqsədi pul yox, əvvəlki formasını qazanıb, yenə də "Qarabağ" azarkeşlərini sevindirməkdir. Hətta Reynaldo klubun digər üzvlərindən daha tez məşqlərə start verəcək".

Reynaldonun bu gün əvvəlki formada olmaması da medianın diqqətindən yayınmayıb. N.İbrahimov bu barədə deyilənlərə də münasibət bildirib: "Reynaldonun uğur qazanacağına inandığımız üçün yenidən klubumuza dəvət etmişik. O, komandamızı tanıyır. Bəli, etiraf etməliyik ki, əvvəlki formada deyil, amma onun necə nəticə verəcəyini zamanla görə biləcəyik".

Yeni transferlə bağlı "Komanda" saytının baş redaktoru Rəşad Ergün də münasibətini öyrəndik. O, Reynaldonun "Qarabağ"a qaytarılmasını müsbət qiymətləndirdi: "Avropa Liqasının qrup oyunları göstərdi ki, İnnosent Emeqara və Con Delarjın transferi "Qarabağ"a heç nə qazandırmadı. Komanda qrup mərhələsində qol vurmaq baxımından ciddi sıxıntı yaşadı. Bu baxımdan Reynaldonun geri dönüşünü müsbət saymaq olar".

Футбольный матч Карабах – ПАОК (Греция) - Sputnik Azərbaycan
İDMAN
“Qarabağ” Qurbanovun “qisasını” aldı

"Braziliyalı hücumçu "Qarabağ"ı yaxşı tanıyır və uyğunlaşmaq problemi də yoxdur. Reynaldo ilə bağlı narahatedici məqam onun zədəyə meylli olmasıdır. Amma düşünürəm ki, hətta bu məqam da, onun Emeqara və Delarjdan daha faydalı olmasına əngəl yaratmayacaq. "Qarabağ" yəqin ki, Emeqara və Delarjı yola salacaq" – deyə, Ergün əlavə edib.

Qarabağ klubunun azarkeşi Rəfiqə Əzizin isə Reynaldodan hazırda heç bir böyük gözləntisi yoxdur: "Son illər Reynaldonun göstərdiyi oyun və həyat tərzindən, üstəlik yaşını da nəzərə alsaq, bilirəm ki, komandada əvvəlki effekti yarada bilməyəcək. Amma sevinirəm, çünki Rey bizə doğma addır. Bir çox uğurlarda pay sahibidir. "Qarabağ" onu həmişə ailəsinin bir üzvü kimi qəbul edib. Ümid edirəm ki, tezliklə yenidən heyətə, məşqçiyə, buradakı rejimə alışar və bol-bol qol vurar".

Qeyd edək ki, Reynaldo Silva Premyer Liqada 87 oyun keçirib, 43 qol vurub. Futbolçu, ümumilikdə, "Qarabağ" klubunda keçirdiyi 134 oyunda 61 qol vurmağı bacarıb. Avrokuboklarda 11 qol vuraraq Azərbaycan klubları üçün bombardir futbolçu kimi rekorda imza atıb. Qarabağ klubunda oynadığı zaman 3 dəfə Azərbaycan çempionu adını qazanıb. 2013-14 illərdə isə 22 qolla Premyer Liqanın bombardiri olub.

Xəbər lenti
0