BAKI, 18 dekabr — Sputnik. İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri-2018” layihəsi üzrə qaliblər müəyyənləşib. Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə layihənin qalibləri təltif olunub.
Sputnik Azərbaycan mükafatlandırılan şəxslərin siyahısını təqdim edir:
İlin idman xadimi: Fərid Qayıbov
İlin idman yarışı: Cüdo üzrə dünya çempionatı
Media ilə sıx və səmərəli əməkdaşlığa görə: Nigar Arpadarai (Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri)
“Təmiz İdman” mükafatı - Azərbaycan Milli Antidopinq Agentliyi
“Böyükağa Hacıyev mükafatı” - Samir Abasov (“Sumqayıt” / “Zirə” klubunun baş məşqçisi)
2017-2018 mövsümünün futbolçusu - Cavid İmamverdiyev (“Sumqayıt” / “Sabah”)
İlin futbolçusu - Mirabdulla Abbasov (“Neftçi”)
İlin əcnəbi futbolçusu - Donald Gerrye (“Qarabağ”)
İlin baş məşqçisi - Qurban Qurbanov (“Qarabağ”)
İlin idmançısı - Eldəniz Əzizli (yunan-Roma güləşi).