Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Qızıl Buts”un sahibi bu il də dəyişmədi

© Sputnik / Алексей Филиппов / Mediabanka keçidArgentina-İslandiya, Lionel Messi karyerasının ən uğursuz penaltilərindən birini vurmağa hazırlaşır
Argentina-İslandiya, Lionel Messi karyerasının ən uğursuz penaltilərindən birini vurmağa hazırlaşır - Sputnik Azərbaycan
Abunə olmaq
Lionel Messi beşinci dəfə “Qızıl Buts”un sahibi olub

BAKI, 18 dekabr — Sputnik. İspaniyanın “Barselona” klubunun və Argentina millisinin ulduz futbolçusu Lionel Messi karyerası ərzində beşinci dəfə “Qızıl Buts”un sahibi olub.

“Barcelona” klubunun “Tvitter” səhifəsinə xəbər verilir ki, argentinalı hücumçu 2017-2018-ci il mövsümündə ölkə çempionatlarında ən çox qol vuran futbolçuya verilən mükafata 36 oyunda 34 dəfə fərqləndiyi üçün layiq görülüb.

Bu nominasiyada ikinci yeri İngiltərənin “Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah tutub. Misirli futbolçu cari mövsümdə rəqib qapılarına 32 dəfə yol tapıb. Üçüncü yerdə isə “Tottenhem”in hücumçusu Harri Keyn qərarlaşıb - 30 qol.

Xatırladaq ki, Lionel Messi 2009-2010-cu (34 qol), 2011-2012-ci (50 qol), 2012-2013-cü (46 qol) və 2016-2017-ci (37 qol) illərdə də “Qızıl Buts” mükafatına layiq görülüb.

Xəbər lenti
0