Birləşmiş Ştatlar Senatında Azərbaycanla bağlı gözlənilən qərar verildi

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidФлаг на фасаде здания генерального консульства США
Флаг на фасаде здания генерального консульства США - Sputnik Azərbaycan
Abunə olmaq
Senatın Xarici Əlaqələr Komitəsi ölkəmizə yeni səfirin namizədliyini təsdiqləyib

BAKI, 14 dekabr — Sputnik. ABŞ Dövlət Departamentinin Siyasi-Hərbi Məsələlər Bürosunun baş müşaviri Örl Litzenberger (Earl Litzenberger) ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi təsdiqlənib.

Sputnik Azərbaycan-ın məlumatına görə, onun səfir postuna namizədliyini ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi təsdiqləyib. Komitə Ermənistana da Linn Treysinin səfir göndərilməsinə razılıq verib. 

Sonrakı mərhələdə Senatda dinləmələr keçiriləcək və səfirlər adı çəkilən ölkələrə göndəriləcək.

Qeyd edək ki, Litzenbergerin səfir postuna namizədliyi 4 sentyabr 2018-ci il tarixində ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.

Donald Tramp - Sputnik Azərbaycan
ABŞ-da sensasiya: Trampın "əlləri bağlanır", şahzadə "vurulur", müsəlman soyqırımı tanınır

Ö.Litzenberger əvvəllər Almaniya Marşal Fondunda baş elmi işçi, ABŞ-ın NATO-dakı missiyası rəhbərinin müavini, NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı və Qırğızıstan Respublikasındakı səfirinin müavini vəzifələrində çalışıb. Ö.Litzenberger hazırda ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunda baş müşavirdir. Fransız, rus, bolqar və serb-xorvat dillərində danışır.

Linn Treysi də peşəkar diplomatdır. O, Rusiya və keçmiş SSRİ üzrə mütəxəssisdir. Hazırda ABŞ Dövlət Departamentinin Rusiya işləri üzrə baş müşavir vəzifəsində işləyir. Bundan əvvəl Linn Treysi ABŞ-ın Moskva, Aşqabad və Astanadakı səfirinin müavini, Mərkəzi Asiya üzrə dövlət katibi köməkçisinin birinci müavini olub. O, Pakistanın Peşavar şəhərindəki ABŞ konsulluğunda xidmətdə olub. Rus dilini bilir. Dövlət Departamentinin "İgidliyə görə" mükafatına layiq görülüb.

Xatırladaq ki, ABŞ Senatındakı erməni lobbisi Örl Litzenbergerin Azərbaycana səfir göndərilməsinin əleyhinə çıxmışdı. Bu səbəbdən də Senatın alt komitəsində onun adının təsdiqlənməsi məsələsi yubanırdı.   

Xəbər lenti
0