ABŞ-da sensasiya: Trampın "əlləri bağlanır", şahzadə "vurulur", müsəlman soyqırımı tanınır

© REUTERS / JIM YOUNGDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
"Vəliəhd şahzadə o qədər ləkəli, o qədər qüsurludur ki, orada bir dəyişiklik olmasa, gələcəkdə Səudiyyə Ərəbistanı ilə iş aparmayacağıq"

BAKI, 14 dekabr — Sputnik. Jurnalist Camal Qaşıqçı cinayətində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məsuliyyət daşıdığını təsdiqləyən qanun layihəsi ABŞ Senatında qəbul edilib. Sputnik Azərbaycan "Sabah"a istinadla xəbər verir ki, qanun layihəsi Ər-Riyada qarşı sanksiya tətbiq etməyi nəzərdə tutur.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel - Sputnik Azərbaycan
ABŞ-dan açıq etiraf: "Camal Qaşıqçı Səudiyyə şahzadəsinin əmri ilə öldürülüb"

Qanun layihəsinin səsverməsindən öncə Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsey Qrehem şahzadə ilə bağlı danışıb: "Vəliəhd şahzadə o qədər ləkəli, o qədər qüsurludur ki, orada bir dəyişiklik olmasa, gələcəkdə Səudiyyə Ərəbistanı ilə iş aparmayacağıq".

Bundan əlavə, ABŞ-ın Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya verdiyi dəstəyin dayandırılmasını nəzərdə tutan qanun layihəsi də Senatda səsverməyə çıxararaq qəbul edilib. Bu qanun layihəsində ABŞ prezidenti Donald Trampın müharibə səlahiyyətlərinin məhdudlaşdırılması da nəzərdə tutulur.

Digər tərəfdən, ABŞ Nümayəndələr Palatası Myanma ordusu tərəfindən Arakanda müsəlmanlara edilən hücumları soyqırımı kimi tanıyan qanun layihəsini qəbul edib.

Xəbər lenti
0