Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Fransada yaşayan və turist kimi gələn azərbaycanlılara xəbərdarlıq olunub: Şəhərə çıxmayın

© Sputnik / Irina Kalashnikova / Mediabanka keçidFransa hökuməti etirazçıların qarşısında geri çəkildi
Fransa hökuməti etirazçıların qarşısında geri çəkildi - Sputnik Azərbaycan
Abunə olmaq
"Bəzi sosial şəbəkə istifadəçiləri yazır ki, terror aktı etirazları yatırmaq üçün dövlət tərəfindən törədilib, amma bu, absurddur"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 14 dekabr — Sputnik. Artıq bir aya yaxındır ki, Fransada benzin və ona tətbiq edilən verigilərin arıtırılmasına etiraz əlaməti olaraq "sarı jiletlilər"in aksiyası keçirilir. Öncə daha çox sürücülərin qatıldığı bu aksiyaya artıq əhalinin digər təbəqələrindən də dəstək var. Lakin son bir neçə gündür ki, ölkədə terror təhlükəsinin yaranması aksiyaların da dayandırıldığını deməyə əsas verir.

© Photo : M.Fətəliyevanın şəxsi arxiviMirvari Fətəliyeva, Paris-Azərbaycan Evi-nin rəhbəri
Fransada yaşayan və turist kimi gələn azərbaycanlılara xəbərdarlıq olunub: Şəhərə çıxmayın - Sputnik Azərbaycan
Mirvari Fətəliyeva, Paris-Azərbaycan Evi-nin rəhbəri

Həm etirazlar, həm də terror təhlükəsi ilə bağlı son durumu öyrənmək üçün Fransadakı Azərbaycanlıların Dostları Assosiasiyasının baş katibi, "Paris-Azərbaycan Evi" təşkilatının rəhbəri Mirvari Fətəliyeva ilə əlaqə saxladıq.

- Hazırda ölkədəki son durum necədir?

- Bir aya yaxındır ki, davam edən aksiyaları susdurmaq üçün Makronun yeni güzəştləri aksiya iştirakçılarını qane etmədi. Üsyançıların əksəriyyəti etiraz aksiyasını davam etdirməyi düşünür. Bu səbəbdən də ölkədəki vəziyyət hələ də sabitləşməyib. Xüsusən də həftə sonları üsyançıların aktivliyini müşahidə etmək olar.

Fransadakı ixtişaşlar davam edir - Sputnik Azərbaycan
Fransada yaşayan azərbaycanlı: "Artıq hökumətin heç bir vədi camaatı sakitləşdirmir"

- Terror aktının baş verməsinin etirazlara təsiri necə oldu?

- Artıq bir neçə həftədir Fransada vəziyyət qarışıqdır. Ekstremist qüvvələr də bu vəziyyətdən istifadə edərək şəhərdə qeyri-sabitlik yaradır, vandalizm və oğurluqla məşğul olurlar. Bununla yanaşı, Strasburqda baş verən terror aktı bu gərginliyi daha da artırdı. Baş verən son hadisə insanlarda qorxu, vahimə yaratdı. Bu səbəbdən ölkədə hazırkı vəziyyəti o qədər də ürəkaçan qiymətləndirmək olmaz. Son hadisədən sonra əsas diqqətlər etirazlardan terror hadisəsinə yönəlmiş oldu. Lakin buna baxmayaraq "sarı jiletlilər" bütün təhlükələri gözə alaraq, yenə də dayanmaq fikrində deyillər. Biz isə ümid edirik ki, qısa zamanda Fransada sabitlik təmin olunacaq.

- Bu günlərdə Fransada fövqəladə vəziyyət elan olunacağı xəbərləri yayıldı. Bütün bu hadisələrin fonunda ölkədə fövqəladə vəziyyət rejimi elan oluna bilərmi?

- Əlbəttə, belə bir hadisənin baş verməsi fövqəladə vəziyyət rejiminə ola bilər. Rəsmi olaraq bu haqda, hələ ki, bir qərar olmasa da, bu barədə söz-söhbətlər yayılıb. Fövqəladə hal elan olunarsa, o zaman nümayişlər də qadağan oluna bilər.

- Əhalidə bayram yarmarkaları ilə bağlı bir xof yaranıbmı, yoxsa hər kəs əvvəlki kimi alış-verişlə məşğul olur?

Fransanın paytaxtı Paris, arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycanlı turistlər Fransa səyahətini boykot ediblər

- Milad bayramı Avropanın bir sıra ölkələrində olduğu kimi, Fransada da ən çox sevilən və gözlənilən bayramlardan biridir. Bayramla əlaqədar olaraq hər bir şəhərdə milad şəhərcikləri yaradılıb. Bu cür hadisənin baş verməsi isə insanlarda böyük sarsıntı yaratdı. Həmçinin yarmarkalarla bağlı da bəzi insanlarda xof yaranıb. Lakin buna baxmayaraq, bəziləri bu yarmarkalardan rahatlıqla yeni il alış-verişini edir.

- Fransada yaşayan azərbaycanlıların bu aksiyalarda iştirakı ilə bağlı hansısa məlumat varmı?

- Azərbaycanlıların bu prosesdə iştirakı ilə bağlı məlumat yoxdur. Lakin baş verən etirazlarla əlaqədar olaraq bir neçə gün öncə Fransadakı Azərbaycan səfirliyi tərəfindən burada yaşayan yerli vətəndaşlara və Azərbaycandan gələn turistlərə nümayişlər zamanı şəhərin mərkəzinə çıxmamaq tövsiyə olunmuşdu.

- Belə söz-söhbət yayılır ki, guya, son terror hadisəsi bu aksiyaları yatırmaq üçün hökumət tərəfindən törədilib. Bu ehtimallar nə dərəcədə doğru ola bilər?

- Artıq bu haqda sosial şəbəkələrdə də söz-söhbətlər yayılıb. Bəzi sosial şəbəkə istifadəçiləri belə yazır ki, baş verən məlum hadisə etirazları yatırmaq üçün dövlət tərəfindən bilərəkdən törədilib. Bu, absurd fikirdir. Dövlət necə öz xalqına qarşı terror törədə bilər? Düşünürəm ki, bu fikirlər dövlətə qarşı olan qüvvələr tərəfindən ortaya atılıb.

Xəbər lenti
0