SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyanın qarşısında duran iki yol: Hər ikisi ona baha başa gələ bilər

© AFP 2023 / CHRISTOPHE ENANikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Paşinyan özü də anlayır ki, Azərbaycan və Türkiyə ilə anlaşmasa, Qarabağı təslim etməyə məcbur olacaq...

BAKI, 11 dekabr — Sputnik. Ermənistanda parlament seçkiləri başa çatdı. Növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku 70,43% (884456) nəticə ilə qalib gəlib.

Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Paşinyan böyük üstünlüklə qalib gəldi

İkinci yeri Çiçəklənən Ermənistan Partiyası tutub - 8,27% (103824). Partiya lideri Qagik Sarukyan dəfələrlə Paşinyanı dəstəkləyib. Paşinyanın İşıqlı Ermənistan Partiyasının timsalında tapdığı müttəfiqi 6,37% (80024) səslə üçüncü yerdədir. Digər siyasi qüvvələr Ermənistan Milli Məclisində təmsil olunmaq üçün zəruri baryeri keçə bilməyiblər.

Beləliklə, 5 il müddətinə seçilmiş yeni parlamentdə ancaq Nikol Paşinyan və onun "məxməri inqilab" üzrə tərəfdarları üstünlük əldə edib. Lakin Ermənistan Konstitusiyası 1/3 deputat yerinə zəmanət verir. Odur ki, Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyalarının özlərini konstruktiv müxalifət elan edəcəklərini gözləmək olar. Keçmiş Respublika Partiyası 4,7% (59059) səs ilə dördüncü yeri tutub. Daşnaksütyun Partiyası da parlamentə düşməyib - 3,89% (48811). "Sasna tsrer" radikalları 1,82% (22862) səs qazanıblar.

Beləliklə, Ermənistanda hakimiyyət dəyişikliyi baş verib və bu yaxınlara qədər nüfuzlu sayılan qüvvələrin hamısı qapı arxasında qalıb. Yaxın vaxtlarda həmin qüvvələrin birləşərək Paşinyan hökumətinə qarşı vahid blokda çıxış edəcəyini gözləmək olar.

Paşinyanın seçkilərdə qələbəsinə baxmayaraq, Ermənistanda siyasi böhranın sonu çatmayıb. Xatırladaq ki, Paşinyan dəfələrlə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə bəyanatlar vermişdi və o, seçkilərə gedərək, qalib gəldi. Lakin siyasi idarəçilikdə təcrübəsiz olan Paşinyan "keçid dövrünün baş naziri" statusundan kənara çıxa bilmir. Paşinyan birləşdirici fiqur deyil. O yalnız dağıdıcı imicə malikdir və iqtisadiyyat barədə məlumatı belə yoxdur. Parlament seçkilərində qələbə Paşinyana olan rəğbətdən daha çox, Sarkisyan və onun ətrafına olan nifrətin göstəricisi idi.

Seçkilərin nəticələri əlbəttə ki, bir yandan artıq legitim ölkə rəhbəri kimi Paşinyanın əl-qolunu açırsa, o biri yandan onun üzərinə konkret, tarixi məsuliyyət qoyur. Xüsusən də Rusiyaya münasibətdə xarici siyasət kursunu dəqiqləşdirmək Paşinyana asan başa gəlməyəcək. Qarabağ məsələsində də Paşinyanın heç bir planı mövcud deyil. Paşinyan savaş baltası qaldırıb. Elə bu səbəbdən də rəsmi Bakı dəfələrlə xəbərdarlıq edib ki, əgər Ermənistandakı yeni hakimiyyət əvvəlki xunta rejiminin səhvlərini təkrarlayıb onun yolunu getsə, onda müharibə qaçılmaz olacaq.

Ermənistanın gələcək taleyi bu məsələdən birbaşa asılıdır. Hazırda Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi blokadasındadır. Gürcüstan isə İrəvanla yarımblokada vəziyyəti yaradıb. Bunun nəticəsi olaraq Ermənistan bölgədə reallaşdırılan layihələrdən kənarda qalıb. Paşinyan isə vədlərini, ölkəsini tənəzzüldən o zaman xilas edə bilər ki, Qarabağ problemində ortaq məxrəcə gələ bilsin. Münaqişə həll olunmadan Ermənistanın hər hansı iqtisadi dirçəlişindən, əhalinin maddi rifah halının yüksəlməsindən danışmaq mümkün olmayacaq.

Paşinyanın qarşısında iki yol var. Ermənistan danışıqlar yolu ilə dil tapmağı bacarmalı, danışıqlar masası ətrafında konstruktiv mövqe sərgiləməlidir. İkinci, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün nəzərdə tutduğu hərbi toqquşmalara hazır olmalıdır. Əlbəttə, bütün məsələlər Ermənistan üçün çətin dilemmadır. Paşinyanın və ətrafındakıların qatı millətçi olması, danışıqlar haqqında o qədər də nikbin rəy yaratmır. Yəni Paşinyanın baş nazirliyi dövründə danışıqlar prosesində kəskin sıçrayışların olacağını gözləmək mümkün deyil.

Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Paşinyan Rusiyada baş tutan söhbətin detallarını açıqladı

Bununla belə, Ermənistan üçün həyati əhəmiyyətə malik iqtisadi problemlərin aradan qaldırılmasının yolu ilk növbədə Qarabağ probleminin həll olunmasından keçir. Hazırda danışıqlar prosesinin alınmasının özü də sual altındadır. Hazırda xarici işlər nazirləri səviyyəsində tərəflərin mövqeləri ilə tanışlıq prosesi gedir. Ermənistan tərəfinin təkidi ilə tərəflər problemə yanaşmanı özlərinə aid baxışlarla ortaya qoyurlar. Azərbaycanın istəkləri hamıya bəllidir. Bu, BMT-nin 4 qətnaməsinin ruhuna və beynəlxalq hüququn prinsiplərinə uyğundur. Azərbaycanın Ermənistanın təcavüzünə məruz qaldığını bir daha sübut etməyə ehtiyac yoxdur. Bütün bunları Ermənistan anlamalı, danışıqlar prosesində necə lazımdırsa, elə də hərəkət etməlidir. Əgər bu baş verəcəksə, Paşinyan xalqına verdiyi digər vədləri də yerinə yetirmək üçün imkanlar açılacağını söyləmək mümkündür. Əksinə yenə də qarşıdurma, siyasi manevrlər bölgədə yaranmış status-kvonun qorunub saxlanılmasına cəhdlər Ermənistan üçün baha başa gələcək və bədəlini ödəmək məcburiyyəti qarşında qalacaq.

Qarşıda N.Paşinyanı çətin dövr gözləyir. Qarabağ münaqişəsinin həllində konkret addım atmasa, cəbhə bölgəsində vəziyyət gərginləşəcək. Ermənistanın artan xarici borc problemini həll edilməməsi Paşinyanın özünün də sonunu yaxınlaşdıra bilər. Rusiya və Qərb arasında vurnuxan Paşinyana belə diplomatiya xüsusi divident vəd etmir. Paşinyanın ən böyük problemi isə odur ki, o, azad, müstəqil ölkənin rəhbəri deyil. Xarici sərhədlərini belə, rus hərbçilərinin qoruduğu, təhlükəsizliyi bilavasitə Rusiyadan asılı olan bir ölkənin qərbpərəst lider imicini qazanması elə də sadə deyil. Paşinyan özü də anlayır ki, Rusiya ilə yanaşı, Azərbaycan və Türkiyə ilə tezliklə anlaşmalıdır. Əks halda, Paşinyan Qarabağı təslim etməyə məcbur olacaq...

Xəbər lenti
0