QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan Rusiyada baş tutan söhbətin detallarını açıqladı

© Sputnik / Asatur YesayantsErmənistanın baş naziri Nikol Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflər, həmçinin danışıqlar prosesinin əvvəlki epizodlarını da müzakirə ediblər

BAKI, 8 dekabr — Sputnik. Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyevlə baş tutan söhbətinin bəzi detallarını açıqlayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycan və Ermənistan Dağlıq Qarabağla bağlı mühüm addımı razılaşdıracaq

"Girovların dəyişdirilməsi ilə bağlı söhbət etdik, razılaşma əldə etmədik, lakin müzakirələri davam etdirəcəyik. Bilirsiniz, onlar "hamının hamıya" prinsipini təklif etdilər, lakin bu məsələdə bəzi problemlər var", - deyə Paşinyan əlavə edib.

Onun sözlərinə görə, tərəflər, həmçinin danışıqlar prosesinin əvvəlki epizodlarını da müzakirə ediblər.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı və tədbirin əhəmiyyəti barədə AZƏRTAC-a müsahibə verib.

Председатель ПА ОБСЕ Георгий Церетели - Sputnik Azərbaycan
ATƏT-in PA sədri: “Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır”

O, müsahibəsində bildirib ki, tədbir əsnasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti oldu: "Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparıldı. Nəzərə almaq lazımdır ki, bu iki amil bir-biri ilə sıx şəkildə bağlıdır və biri-digərini tamamlayacaq şəkildə davam etdirilməlidir. Son dövrlərdə qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur. Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır. Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Qəti mövqeyimiz ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də dövlət başçıları səviyyəsində status-kvonun dəyişdirilməsinin vacibliyini dəfələrlə vurğulayıblar. Münaqişənin həlli üzrə danışıqlar nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır. Eyni zamanda, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olundu. Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, "hamının hamıya" prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır. oydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və Azərbaycana qaytarılması məsələsini dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və digər tərəfmüqabilləri ilə görüşlərdə hər dəfə qaldırır. Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin başçısı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün böyük səylər göstərir və bu məsələni daim diqqətdə saxlayır".

Xəbər lenti
0