CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mixail Zabelin: “Burada yaşayan rus uşaqlar Azərbaycan dilini mütləq öyrənməlidirlər”

Abunə olmaq
Milli Məclisin rus deputatı həm Azərbaycan, həm də rus dilində keyfiyyətli təhsilin vacib olduğunu deyib

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Azərbaycan məktəblərində rus dili müəllimləri çatışmır və eləcə də rusdilli uşaqlara Azərbaycan dili keyfiyyətli şəkildə tədris edilmir. Azərbaycanda rus dilinin bu və digər problemləri ilə bağlı Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin Sputnik Azərbaycan-a müsahibə verib.

Rus dili dərsi, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Moskvadan Bakıya ilginc rus dili təklifi: Bizim cavabımızı gözləyirlər

- Mixail Yuryeviç, son illərdə Azərbaycanın ümumtəhsil məktəblərində rusdilli müəllimlərin sayı getdikcə azalır. Təhsil Nazirliyi isə öz növbəsində rus bölməsində pedaqoqların çatışmaması problemini siniflərin azaldılması ilə yoluna qoymaq istəyir. Bu məsələlər parlamentdə qaldırılıb?

- Biz bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə danışmışıq. Orada hər şey haqqında gözəl bilirlər. Biz Bakı Slavyan Universitetinin, Bakı Dövlət Universitetinin və Dövlət Dillər Universitetinin rektorları ilə danışmışıq. Onlara rus dili müəllimi hazırlayan fakültələrə tələbə qəbulunun sayını artırmağı məsləhət görmüşük. Bu məsələyə nazirlikdə baxılır. Baxacağıq görək, onlar gələn il bizə nə təklif edirlər. Belə problem mövcuddur, xüsusilə də kənd yerlərində. Orada rus dili müəllimlərinin ciddi şəkildə çatışmazlığı var.

- Həmkarınız Gövhər Baxşəliyevanın bu yaxınlarda uşaqların məktəblərdə rus bölmələrinə kütləvi axınından narahatlıq ifadə edən çıxışına münasibətiniz necə oldu?

- Bizim prezidentimiz (İlham Əliyev-red.) zamanın və xalqın tələbini çox yaxşı hiss edir. Ona görə də, düşünmürəm ki, respublika rəhbərliyi rus dili bölmələrində uşaqların birinci sinfə qəbul sayının ixtisarına yol verəcək. Mən hər şeydən əvvəl bizim prezidentimizin və vaxtilə də böyük Heydər Əliyevin çoxsaylı çıxışlarını xatırlayıram. Onlar deyirdilər ki, rus dilini bilmək bizim əhalini, gənclərimizi zənginləşdirir. Əgər onlar dövlət dili ilə yanaşı rus və ingilis dillərini də bilsələr, bu, bizim respublikanın xeyrinə olar. Ona görə də, hesab edirəm ki, burada rus dili ilə bağlı hansısa təhlükə yoxdur. Bildiyim qədər, rus dilini öyrənən azərbaycanlı uşaqlar rus bölməsinin birinci sinfinə gedərkən Azərbaycan dilini də çox gözəl bilir. Məni hər şeydən çox həm də o sevindirir ki, Azərbaycandakı rus gənclər dövlət dilini çox yaxşı bilirlər. Onların əksəriyyəti işləyirlər, Azərbaycanı öz vətənləri sayırlar və heç yerə getmirlər. Düşünürəm ki, bu məsələ ilə bağlı qorxu tamamilə əsassızdır. Amma insanların fikirləri müxtəlif ola bilər, eləcə də deputatların.

Rusiya və Azərbaycan bayraqları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rus dili ilə bağlı problem şərəf məsələsidirmi - Cəmiyyətimiz iki cinaha bölünüb

- Tamamilə mümkündür ki, Təhsil Nazirliyi gələn il rus dilini bilməyən uşaqların rus bölmələrinə qəbulundan imtina etsin. Sizcə bu diskriminasiya deyil?

- Hələ ki, bu problem həllini tapmayıb. Misal üçün, Ermənistanda dövlət və qanunvericilik səviyyəsində erməni milliyyətindən olan, erməni ailələrində böyüyən uşaqların rus dilində təhsil verən siniflərə qəbulu qadağan edilib. Necə düşünürsüz, sizcə bu, Ermənistan və Rusiya arasındakı münasibətlərə, eləcə də ümumilikdə digər münasibətlərə müsbət təsir göstərəcək?! Düşünürəm ki, bizdə belə hal olmayacaq. Düşünürəm ki, bizdə ilk növbədə rus bölmələrində Azərbaycan dili təhsilinin səviyyəsini artırmaq lazımdır.

Biz 2019-cu ildə Təhsil Nazirliyi ilə birlikdə rus bölmələrində təhsil alan uşaqlar arasında Azərbaycan dili olimpiadasının keçirilməsini planlaşdırırıq. Milliyətcə rus olan məktəblilər arasında Azərbaycan dili biliklərinin hansı səviyyədə olduğunu mütləq analiz edəcəyik. Və sözsüz ki, Azərbaycan dili bilikləri daha dərin olanları gələcəkdə dillə bağlı məsələlərə təşviq edəcəyik. Çünki dövlət dilini bilməyənlərin gələcəyi olduqca qaranlıqdır. Məncə bu, çox vacib məsələdir.

Xəbər lenti
0