ELM

Rus dili ilə bağlı problem şərəf məsələsidirmi - Cəmiyyətimiz iki cinaha bölünüb

© Sputnik / Murad OrujovRusiya və Azərbaycan bayraqları
Rusiya və Azərbaycan bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Və ya rus dili və məktəblər barədə səsimiz batanadək mübahisə etmək olarmı?

İsmayıl Rafiqoğlu, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Rus dili, rus məktəbləri və rus bölmələri ətrafında növbəti polemika avqustun axırlarında meydana gəldi. Və qəribə deyil ki, bu, müxtəlif forumlarda və sosial şəbəkələrdə inert formada davam edir. Təhsil Nazirliyinin bir neçə rəsmi nümayəndəsi də öz bəyanatları ilə bu mövzuda diskussiyalara dəstək verir.

Puşkini xatırlayarkən

Hər şey ondan başladı ki, mediada orta məktəblərdə rus dilində pulsuz təhsilin ləğvinin zəruriliyi barədə fikirlər səsləndi: Rus dilində təhsil kimə lazımdırsa, qoy pulunu ödəyib alsın. Dövlət kiminsə xarici dildə təhsil almaq arzularını vergi ödəyəcilərinin hesabına yerinə yetirməyə borclu deyil.

Birinsi sinifdə tədris prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Təhsil Nazirliyi sistemində ciddi problem: Vətəndaşlara çağırış edilir

Bu polemikalar bir qədər sərt tonda davam etdi. Təbii olaraq rusdilli azərbaycanlılar kəskin şəkildə rus məktəblərinin və bölmələrinin bağlanması ideyasına qarşı çıxdılar. Növbəti dəfə Puşkini, Çexov və Dostoyevskini xatırladaraq rus məktəblərində boş yerlərin olmadığını misal gətirdilər.

"Milliyyətçilər" isə yenidən danışmağa başladılar ki, artıq 27 ildir ölkə müstəqildir, lakin rus dilinin təsiri davam edir.

"Kiyevdə hələ ötən il rus dilində baza təhsilini qadağan etdilər, baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan da qazax dilində tam təhsilə keçdi. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar. Müstəqillik ideyalarının tərəfdarı olan ölkələr üçün bu məsələ milli şərəf məsələsidir" — tipli bəyanatlar bu günlərdə "Facebook"da cövlan edir.

Rus dilinin müdafiəsi istiqamətində parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Milli Məclisin deputatı, BDU-nin professoru Kamilə Əliyeva və daha bir neçə deputat və ictimai xadim çıxış etdi.

Sentyabrın əvvəllərində Rusiya prezidenti Vladimir Putinlə Soçidə keçirilən görüş zamanı Prezident İlham Əliyev isə qeyd etdi ki, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu xalqlarımızı birləşdirmiş və bu gün də birləşdirən nə varsa, hamısına çox qayğı ilə yanaşırlar: "Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur".

"Bu gün biz humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın möhkəmlənməsinə dair gələcək addımlarımızı müzakirə etdik, o cümlədən idman sahəsində imzalanmış sənədlər ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq" — deyə prezident bildirdi.

Orta məktəblərin cəmi yeddi faizində təhsil rus dilində aparılır

Lakin əhalinin bir hissəsi qızğın şəkildə bu məsələni müzakirə edir və rus məktəblərinin bağlanması tələbini irəli sürür. Niyə zaman-zaman rus dili mövzusu belə qabarıq şəkildə ortaya atılır? Doğrudanmı, rus təhsili Azərbaycanda ümumu təhsil prosesinə belə güclü təsir edir?

Təhsil üzrə ekspert Nadir İsrafilov dövlət büdcəsindən maliyyələşən rus məktəblərinin birmənalı olaraq əleyhinə çıxıb. O, hesab edir ki, dövlət büdcəsindən maliyyəşən bütün təhsil müəssisələrində təhsil yalnız bir dildə — rəsmi dövlət dili olan Azərbaycan dilində olmalıdır.

Rus dili dərsi, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Moskvadan Bakıya ilginc rus dili təklifi: Bizim cavabımızı gözləyirlər

Təhsil məsələləri üzrə digər ekspert Kamran Əsədov isə hesab edir ki, bu problem bir qədər quramadır: "Ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir. 4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32% —i deməkdir".

Problem həqiqətən də quramadır. Rus məktəblərində təhsil alan 90 min uşaq bu qədər diskussiya doğurub. Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva bu yaxınlarda bildirib ki, İdarənin tabeliyində olan məktəblərdə orta və tam orta səviyyələr üzrə rus bölmələrində bəzi siniflər ümumiyyətlə fəaliyyət göstərmir.

Vəliyevanın sözlərinə görə, rus bölməsinin bəzi siniflərində şagird sayı azdır. Bu sahədə kadr çatışmazlığı da əlavə problemlər yaradır. İlkin təhlillər bəzi məktəblərdə rus bölməsinin bütün siniflər üzrə davamlı olmadığını, sinif sayının 2-3, bəzilərində isə 8-9 olduğunu göstərib. Şagird sayının azlığına baxmayaraq, həmin məktəblərdə buraxılış imtahanlarının nəticələri kifayət qədər yaxşı olmayıb. Bu da təhsilin keyfiyyət göstəricilərinə mənfi təsir edib. Buna görə də BŞTİ son 3 ildə davamlı şəkildə 9-cu siniflərin tədrisini təmin edə bilməyən məktəblərin siniflərinin yaxın ərazilərə köçürülməsi və təhsilin daha keyfiyyətli təşkil olunmasına şərait yaradıb.

Niyə paltar satıcısı iki xarici dil bilməlidir?

Deməli, problem rus dilində və rus məktəblərində deyil. Yaxşı təhsil verən həmin sovet məktəbləri də artıq yoxdur. Rus məktəblərində də Azərbaycan məktəblərindəki problemlər mövcuddur.

Fərq yalnız ondadır ki, rus dilini bilmək şagirdə Runet-in böyük imkanlarından istifadə etməyə imkan verir, yarıboş Aznet isə sadəcə hansısa yarımçıq bilgilər üçün yarayır.

Əlbəttə, ayrı-ayrılıqda Azərbaycan məktəblərinin yetirmələri müdhiş nəticələr göstərirlər, ali məktəblərə daxil olmaq üçün 650-700 bal toplayırlar. Lakin bu, onu göstərir ki, ayrı-ayrı şagirdlər məktəb proqramını normal mənimsəyib.

Lakin rus bölməsinin ümumi erudisiyası bir çox hallarda məhz Runet-in biliklərinin zənginliyi sayəsində mümkün olur. Bütün dünya ədəbiyyatına, sənət əsərlərinə və digər biliklərə çıxış rus dilinin biliciləri üçün tamamilə pulsuzdur.

Kəskin mübahisələrə görə, Azərbaycan aydın şəkildə iki qrupa bölünür: rus dilini yaxşı bilənlər və ümumiyyətlə bu dili bilməyənlər. Rusdilli əhali bu dildə ana dili kimi danışır. Bəzən Azərbaycan dilində rus dilindən daha pis danışırlar.

Тəhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxışı zamanı, 12 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
CƏMİYYƏT
Nazir müavini: “Məktəblərdə rus dili müəllimi çatışmır”

Bununla yanaşı, marketə və digər yerlərə gedəndə də dövlət dilində danışmaqdan imtina edərək hamıya rus dilində müraciət edirlər. Əlbəttə, gündəlik həyatda və ictimai yerlərdə rus dilindən istifadə etməyə alışmış azərbaycanlılar digər insanların bununla əlaqədar qəzəbini anlamırlar.

Məhz bu səbəbdən işəgötürənlər vətəndaşların işə qəbulu zamanı iki dili — ingilis və rus dillərini bilməyi şərt kimi irəli sürürlər, hətta aşağı maaşlı işə qəbul edərkən belə.

Niyə balaca geyim mağazasında satıcı işləyən adam iki xarici dildə danışmağı bacarmalıdır?

Çünki həmin obyektin əksər müştəriləri rus dilində danışan insanlar və digər ölkələrdən gələn xarici turistlərdir. Onlarla ya rus, ya da ingilis dilində danışmaq lazımdır. Xarici dil kurslarında qiymətlər ayda 100 manatdan başlayır. Sonunda mağazada 300 manat maaşa satıcı işləmək üçün ömrünün bir neçə ilini və bu qədər vəsaiti xarici dil öyrənməyə sərf etməyə dəyərmi? Xarici dil səbəbindən hətta prestijli olmayan işin belə, tapılmaması əhalinin bir hissəsini haqlı olaraq qıcıqlandırır.

Rus dili və məktəblər barədə səsimiz batanadək mübahisə etmək olarmı?

Yaxın 20 il rəzində rus dilində danışan əhalinin sayında azalma nəzərə çarpmır. Çünki bu boşluğu Rusiyadan qayıdan azərbaycanlılar doldurur.

Azərbaycanlıların bir hissəsi uzun illərdən sonra Rusiyada doğulmuş uşaqları ilə bilrikdə tarixi vətənlərinə qayıdırlar. Və həmin uşaqlar heç də ana dilində danışmırlar, çünki onlar üçün rus dili demək olar ki, ana dilidir. Digər şərtlərə adaptasiya olunmaq uzun çəkir.

Rus dili və məktəblər barədə səsimiz batanadək mübahisə etmək boşuna vaxt sərfidir. İnsanlar danışdıqları dildə təhsil axtaracaqlar. Azərbaycanın müstəqillik əldə etdiyi 27 il ərzində yeni təhsil sistemi formalaşıb və elə də yaxşı işləmir. Yeni dərsliklərdən istifadə, dərs ilinin başlanğıcı və sonu, kurrikulumun qəbulu və ya ləğvi barədə daimi eksperimentlər cəmiyyətdə fasiləsiz diskussiya həlqəsi yaradır.

"Mənim uşaqlarım rus bölməsində oxuyur. Mən vaxtilə öz ana dilimdə kifayət qədər məlumat tapa bilmədiyim üçün rus dilində olan ədəbiyyatlardan istifadə etmişəm. Problem hələ də aktual olaraq qalır və istəmirəm ki, uşaqlarım da mənim kimi əziyyət çəksin" — deyə sosial şəbəkə istifadəçilərindən biri rus dilinə sevgisini belə izah edir.

İnsanları daim bu əbədi sual maraqlandırır: Nəhayət, Aznet-i baza bilikləri ilə doldurmaq üçün bir dövlət proqramı olacaqmı?

Bu məsələ həll olunduqdan sonra rusi dili üzrə mübahisələr bugünkü əhəmiyyətini itirəcək

Xəbər lenti
0