BAKI, 7 dekabr — Sputnik. Azərbaycanda terror təhlükəsi əhəmiyyətli dərəcədə azalıb və iqtisadi şərait yaxşılaşıb. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan "Qlobal terrorizm indeksi-2018" hesabatında 98-ci yerdə qərarlaşıb.
Hesabatda Azərbaycanda sosial-iqtisadi vəziyyət, geosiyasi faktorlar və radikal cərəyanların yaranma ehtimalı ilə bağlı analizlər aparılıb. Azərbaycan ötən ilki hesabatla müqayisədə mövqeyini 3 pillə yaxşılaşdırıb.
Ümumilikdə, reytinqdə 138 ölkə yer alıb və ilk pillələrdə terror təhlükəsinin böyük olduğu ölkələr yer qərar tutub.
MDB ölkələrindən siyahıda ən yüksək yerdə - 21-ci pillədə Ukrayna qərarlaşıb. Rusiya ondan 13 pillə aşağıda 37-də yerdədir. Tacikistan 74-cü, Qazaxıstan 75-ci, Qırğızıstan isə 80-ci yerdə qərarlaşıb.
Qonşu ölkələrdən Ermənistan siyahıda 83-cü, Gürcüstan 89-cu, Türkiyə 12-ci, İran isə 44-cü pillədə yer alıb.