Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir qadının əri tərəfindən başı qırxılması xəbərinə aydınlıq gətirildi

CC0 / rebcenter-moscow / GirlAğlayan qadın, arxiv şəkli
Ağlayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Ər arvadının gözəl görünməməsi üçün saçlarını kəsib"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. "Yenə də qadının başının qırxılması məsələsi ortaya atılıb. A.Q. (şərti ad) adlı qadının başı qırxılmayıb. Kim bu məlumatı yayıbsa, yalandır. Bu nədir, media elə qoyun kimi qırxa-qırxa gedir. Sadəcə əri bir neçə il əvvəl qadının saçını kəsib. Bunu da qadının gözəl görünməməsi üçün etdiyini bəhanə gətirib".

Qəbələdə güclü yağış və dolunun yaratdığı fəsadlar - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda sensasiyalı hadisə: Ər, arvad və qardaş-qayın...

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan vasitəsilə "Azərbaycanda daha bir ər arvadının başını qırxdı" başlığı ilə yayılan xəbərə münasibət bildirərkən belə deyib.

K.Ağazadə qadının hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən sığınacağa gətirildiyini bildirib. Birliyin sədri qadının hazırkı durumundan da danışıb: "Hələ ki, qadınla reabilitasiya işi təşkil olunmur. Çünki qadının narahatlığı var, psixoloji durumu çox ağırdır. Qadın hələ də illərdir aldığı travmanın təsirindən çıxa bilmir”. 

“Bundan başqa, qadın həm də öz ailəsi tərəfindən qəbul edilmir. Ailəsi qadının qarşısında qızlarının təhsildən uzaqlaşdırılması ilə bağlı şərt qoyub. Ondan tələb edirlər ki, erkən yaşlarda 2 qızını ərə versin. Qadın isə qızlarına təhsil vermək istəyir. Əlbəttə, bütün bunları adlamaq çox çətindir" – Birliyin sədri əlavə edib.

K.Ağazadə qeyd edib ki, bu məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən addımlar atılacaq: “Qadının döyülməsinə səbəb həyat yoldaşının içki düşkünü olmasıdır. Buna görə də nəyisə bəhanə edib dava salır, qadını döyür. Hazırda sığınacağımızda olan qadın ərindən boşanmaq istəyir. Çünki cinayət və qətllərin törədilməməsi üçün boşanmaqla bağlı addımın atılması daha düzgündür" .

Öyrəndiyimizə görə, qadının 10 və 12 yaşlı qızları ataları tərəfindən fiziki zorakılığa məruz qalmasalar da, dəfələrlə bu cür hadisələrin şahidi olaraq, analarını müdafiə etməyə çalışıblar.

K.Ağazadə qadının və ailəsinin yaşadığı yer, ümumiyyətlə, bu hadisənin hansı rayonda cərəyan etməsi barədə isə heç bir məlumat verməyib. Ancaq qeyd edib ki, A.Q. adlı həmin qadın 4 il öncə də Azərbaycan Uşaqlar Birliyinin sığınacağına gətirilib. Bir müddət sonra isə qadın atasına təhvil verilib.

Xəbər lenti
0