SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dövlət himni və gerbi haqqında yeni qanun qəbul ediləcək

© Sputnik / Murad OrujovParlamentin iclası
Parlamentin iclası - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

BAKI, 5 dekabr — Sputnik. Dekabrın 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Parlamentin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, komitə sədri Əli Hüseynli gündəliyə daxil edilən "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında" və "Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun layihələri barədə məlumat verib.

Parlamentin iclası - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Milli Məclis dövlət büdcəsini təsdiqlədi

Qeyd edilib ki, hər iki sənəd "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya Qanunlarının tətbiqi məqsədi ilə hazırlanıb. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində Azərbaycan dövlətinin rəmzləri təsbit edilmiş, 75-ci maddəsində bu rəmzlərə hörmət vətəndaşların əsas vəzifələri kimi müəyyən olunub. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələblərinə uyğun dövlət rəmzlərimiz haqqında yeni qanunların qəbul edilməsi zərurəti yaranmışdı.

Qanun layihələri Dövlət Gerbinin istifadəsi qaydalarını, Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənilməsi, istifadəsi hallarını və qaydalarını müəyyən edir. Hər iki qanun layihəsi preambuladan və 9 maddədən ibarətdir. Layihələrdə Dövlət Gerbi və Dövlət himni haqqında ümumi müddəalar, bu sahədə qanunvericilik, müəyyən edilmiş vəzifələr, Dövlət Gerbinin rəngli qabarıq təsvirinin vurulduğu yerlər, Dövlət Gerbinin rəngli təsvirinin istifadəsi, Dövlət Himninin ifa edildiyi hallar, ifaya, dinlənilməyə və istifadəyə dair tələblər, dövlət rəmzlərimizlə əlaqədar məhdudiyyətlər, bu qanunlarun pozulmasına görə məsuliyyət və yekun müddəalar təsbit edilib.

Sonra millət vəkilləri "Milli Məclisin komitələri haqqında" qanunda dəyişiklik edilməsi barədə" sənədi müzakirə ediblər. Qeyd edilib ki, qanun layihəsi 2002-ci il 24 avqust tarixli referendum nəticəsində qəbul edilmiş Aktın, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun və 1996-cı il 17 may tarixli qanunla ilə təsdiq edilmiş "Milli Məclisin Daxili Nizamnaməsi"nin tətbiqi məqsədi ilə hazırlanıb.

Qanun layihəsində 6 yeni dəyişikliyin edilməsi təklif edilib. Dəyişikliklərdə Milli Məclisin həll etdiyi məsələlərdən Auditor Palatasının yaradılması məsələsinin çıxarılması, həmçinin, İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin baxdığı məsələlərdən Auditorlar Palatasının sədrinin və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxılmasının və bu barədə rəy verilməsinin çıxarılması nəzərdə tutulub.

Qeyd olunub ki, Hesablama Palatasının fəaliyyəti barədə illik hesabat parlamentin müzakirəsinə təqdim edilməzdən əvvəl buna Milli Məclisin müvafiq komitəsində baxılmalı və rəy verilməlidir. Bu məsələ İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin baxdığı məsələlərə əlavə olunur. Eləcə də gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin müzakirəsinə təqdim edilməzdən əvvəl həmin məlumata baxılması və rəy verilməsi İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin baxdığı məsələlərə əlavə olunub.

Müzakirə olunan məsələlər baxılması üçün parlamentin plenar iclasına tövsiyə edilib.

Xəbər lenti
0