Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Milli Məclis dövlət büdcəsini təsdiqlədi

© Sputnik / Murad OrujovParlamentin iclası
Parlamentin iclası - Sputnik Azərbaycan
Abunə olmaq
2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 mln. manat, xərcləri 25 190 mln. manat, büdcə kəsri 2 022 mln. manat səviyyəsində təsdiqlənib

BAKI, 30 noyabr – Sputnik. Bu gün Milli Məclisin plenar iclasında 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, parlament dövlət büdcəsi layihəsini üçüncü oxunuşda qəbul edib.

2019-cu il dövlət büdcəsinin gəlirləri 23 168 mln. manat, xərcləri 25 190 mln. manat, büdcə kəsri 2 022 mln. manat səviyyəsində təsdiqlənib.

2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı ARDNF-dan transfertlərin, 3 702,6 mln. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı isə digər gəlirlərin payına düşür.

Xəbər lenti
0