BAKI, 3 dekabr — Sputnik. Rusiyaya 2 milyard dollarlıq əlavə yatırım olacaq.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Rusiya-Səudiyyə Ərəbistanı ortaq fondu vasitəsilə Rusiya iqtisadiyyatına yatırım ediləcək. Bunu Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının Rusiyaya yatırımları artacaq. "G-20 toplantısında Səudiyyə şahzadəsi Məhəmməd Bin Salmanla iqtisadi əlaqələrdən danışdıq. Artıq Səudiyyə Ərəbistanının Rusiyaya edilən yatırımları mühüm həddə çatıb" – deyə Kiril Dmitriyev bildirib.
Rusiya iqtisadiyyatına Səudiyyə ilə ortaq fond tərəfindən əlavə yatırımların olacağından danışan fond rəhbəri növbəti ildə infrastruktur layihələri üçün də vəsaitin ayrılacağını bildirib.