"G20" sammitinin yekun bəyannaməsi açıqlandı

© REUTERS / ANDRES MARTINEZ CASARES"G20" liderlər sammitinin iştirakçıları
G20 liderlər sammitinin iştirakçıları - Sputnik Azərbaycan
Abunə olmaq
"G20" sammiti 2019-ci ildə Yaponiyada, 2020-ci ildə isə Səudiyyə Ərəbistanda keçiriləcək

BAKI, 3 dekabr — Sputnik. Argentinada bu gün başa çatacaq "G20" liderlər sammitinin yekun bəyannaməsi açıqlanıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bəyannamədə əməkdaşlıq, inkişaf üçün infrastruktur, davamlı ərzaq strategiyası və gender bərabərliyi kimi mövzuların əhatəli şəkildə müzakirə olunduğu qeyd edilib.

Buenos-Ayres - Sputnik Azərbaycan
SİYASƏT
G-20 liderləri toplanır, ciddi gözləntilər var

Bəyannamədə Dünya Ticarət Təşkilatının bəzi funksiyalarının yetərsiz olduğu və burada islahatın aparılmasının lazım olduğu deyilib.

Sənəddə Paris iqlim müqaviləsinin ləğv edilməz olduğu deyilib, bunun həyata keçirilməsinin əhəmiyyətinə və iqlim dəyişikliyilə mübarizəyə diqqətə çəkilib.

Beləliklə, yekun bəyannamənin iqlim dəyişikliyi ilə bağlı hissəsinə yalnız ABŞ-ın qoşulmadığı elan edilib.

Bəyannamədə həmçinin terrorun hər növünün güclü şəkildə pislənildiyi qeyd edilib.

Sənəddə 2019-ci ildə "G20" sammitinin Yaponiyada, 2020-ci ildə isə Səudiyyə Ərəbistanda keçirilməsinə qərar verildiyi qeyd olunub.

Xəbər lenti
0