SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

G-20 liderləri toplanır, ciddi gözləntilər var

Abunə olmaq
Digər dövlət başçıları Səudiyyə Ərəbistanı şahzadəsi ilə görüşəcəkmi?

BAKI, 1 dekabr — Sputnik. Bu gün Argentinanın paytaxtı Buenos-Ayres şəhərində G-20-nin toplantısı başlayır. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu gün keçiriləcək görüşlə bağlı gözləntilər haqda ingilis mediasında analitik yazı hazırlanıb.

CNN.com-da hazırlanan analitik yazıda iki gün ərzində baş tutacaq ikili görüşlərdən olan gözləntilər haqda məlumat verilib. Burada G-20-nin toplantısında Trampın Çin prezidenti Si Tszinpin, o cümlədən də Kanada prezidenti Castin Trüdo arasında da görüşün keçiriləcəyi qeyd olunub. Ümumilikdə isə Ağ Ev rəhbərinin iki gün ərzində yeddi ölkə təmsilçisi ilə görüşünün olacağı planlaşdırılır.

ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
G20 sammitində Donald Trampla bağlı maraqlı olay

Argentinada baş tutacaq görüş zamanı "Brexit" məsələsi ilə əlaqədar olaraq Ağ Ev rəhbəri və İngiltərənin baş naziri Tereza Mey arasında da görüşün olacağı planlaşdırılır.

Bir sıra dövlət başçıları ilə yanaşı son zamanlar öldürülən jurnalist Camal Qaşıqçı olayı ilə gündəmə gələn Səudiyyə şahzadəsinin də toplantıya qatılacağı gözlənilir. Camal Qaşıqçı olayından sonra ilk dəfə ölkə xaricinə çıxacaq şahzadənin bu olaya görə digər dövlət başçıları tərəfindən təqsirləndirilib, təqsirləndirilməyəcəyi də sual doğurur.

"Maraqlıdır, digər dövlət başçıları onun üzünə gülümsəyəcəkmi? Yaxud da, onunla görüşüb əlini sıxacaqlarmı? Digər dövlət başçılarının bu olayda şahzadəni təqsirləndirib, təqsirləndirməyəcəyi də sual doğurur? Əgər kimsə onu baş verən olayda təqsirləndirməzsə, o zaman nə olacaq?" - deyə yazıda qeyd olunub.

Camal Qaşıqçı Türkiyədəki Səudiyyə Ərəbistanının səfirliyində öldürüldüyü üçün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da verəcəyi açıqlamalar və keçirəcəyi görüşlər də diqqət mərkəzində olacaq.

Xəbər lenti
0