CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda dəhşətli qətlin gizlinləri: ərinə xəyanət edən gəlinə vaxt qoyulubmuş

CC0 / stevepb / bulletAvtomat silah
Avtomat silah - Sputnik Azərbaycan
Abunə olmaq
Oğlunun həyat yoldaşını güllələyən qayınata polisə təslim olub, qadının sevgilisi həbs olunub

BAKI, 15 dekabr — Sputnik. Dörd gün əvvəl Bakıda baş vermiş qətl hadisəsi ilə bağlı xəbərdə adı hallanan şəxs həbs edilib. Sputnik Azərbaycan Lent.az-a istinadla xəbər verir ki, qayınatası Seyidmalik Məmmədov tərəfindən güllələnərək öldürülən 24 yaşlı Aysellə gizli münasibətlərinin olduğu üzə çıxan qonşusu Təhmasib də saxlanılıb.

Məhkəmə 4 uşaq atası olan 37 yaşlı Təhmasib barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Gəlinini öldürən 59 yaşlı Seyidmalik Məmmədov barəsində isə istintaq müddəti üçün 4 aylıq həbs qərarı verilib.

Qeyd edək ki, oğlunun 24 yaşlı həyat yoldaşı Aysel Məmmədovanı güllələyərək öldürən 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu polisə təslim olub.

Ov tüfəngi, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Xəyanətə görə qayınatası tərəfindən öldürülən gəlinin görüntüsü yayıldı

İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini namus üstündə öldürüb. Belə ki, S.Məmmədovun oğlu Aysellə 5 il əvvəl ailə həyatı qurub və onların bir oğlu dünyaya gəlib. S.Məmmədovun həyəti geniş olduğundan orada oğlu üçün ayrı ev tikib. Lakin ailələrin hamam-tualeti bir imiş. Bir neçə gün əvvəl 59 yaşlı kişi həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan, ailəli və 4 uşaq atası olan 37 yaşlı Təhmasiblə tutub. Kişi həm gəlinindən, həm də Təhmasibdən qəsəbəni tərk etmələrini istəyib, əks halda onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.

Həmin hadisədən sonra Təhmasib Bakını tərk edib və Zaqatalada məskunlaşıb. Aygün isə əvvəlki kimi həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi tüfənglə gəlinini güllələyərək öldürüb.

İlkin araşdırmalar zamanı o da məlum olub ki, 24 yaşlı gəlinlə qonşuluqda yaşayan kişi arasında aylar ərzində gizli sevgi münasibəti olub və onlar müntəzəm olaraq yazışırlarmış, hətta Aygün Təhmasibə çılpaq fotolar da yollayıb.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti
0