Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

ABŞ-a köçən idmançı: "Azərbaycanda illərlə məşq etdim, heç nə qazanmadım"

Abunə olmaq
"Amma Azərbaycan vətənim olsa da orada hər hansı dəstək görməmişəm"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Bayrağımız dəfələrlə zirvələrə qaldıran bir çox idmançılarımız var ki, Azərbaycanda yox, məhz başqa ölkələrdə yaşayırlar. Onlardan biri də Azərbaycanda kifayət qədər tanınmış, hazırda isə ABŞ-da yaşayan Elgün Xanoğlanlıdır. İdmançı Sputnik Azərbaycan-a müsahibə verib, hazırkı və qarşıda duran işlərindən danışıb.

- Hansı səbəbdən məhz qarışıq idman növünü (MMA) seçdiniz?

- Azərbaycanda böyümüşəm. İdman karyerama təbii ki, öz vətənimdə başlamışam. Uzun müddət bir neçə idman növündə məşğul olmuşam. 2002-2005-ci illərdə karate ilə məşğul olmuşam. Kokşinkay karate növündə, hətta uşaq yaşlarında Azərbaycan çempionu da olmuşam. 2005-2008-ci illərdə güləş idman növündə də özümü sınadım. 2009-da Budo idman növü ilə məşğul oldum. Daha sonra MMA-nı seçdim və Azərbaycan çempionu oldum. Budo döyüş növlərində isə Dünya və Avropa çempionu oldum. Güləşdə isə təəssüflər olsun ki, uğurlu nəticələrim olmadı. Nəhayət özümü qaydasız döyüşdə sınadım. Bu idman növündə isə nəticələrim əla oldu.

Посмотреть эту публикацию в Instagram

Публикация от Elgun Khanoghlanli (@elgun_khanoghlanli)

- Uğurlarınız çoxaldıqdan sonra ABŞ-a köçdünüz?

- 2015-ci ilin sonunda ABŞ-da işləyən dostlardan mənə təklif gəldi. Mən də böyük məmnuniyyətlə qəbul elədim. Mənə viza göndərdilər və getdim ABŞ-a. O gündən burada yaşayıram. Böyük ehtimal ki, burada da qalacam. Bakıya dönmək fikrim yoxdur. Sadəcə dostları, qohumları görmək üçün bir neçə ildən bir gələ bilərəm. Özüm də ABŞ-ın adından yarışlara çıxıram. Hətta ABŞ çempionuyam və bir çox beynəlxalq yarışların qalibiyəm.

ABŞ-dan kimə təklif gəlsə, hamı razılaşar. Orada yaşamaq mənim uşaqlıq arzum olub. Nyu-Yorkda yaşamaq hər bir idmançıya nəsib olmur. Xüsusilə MMA ilə məşğul olan hər bir idmançının arzusudur ki, ABŞ-da yaşasın.

Посмотреть эту публикацию в Instagram

Публикация от Elgun Khanoghlanli (@elgun_khanoghlanli)

- ABŞ-da idmandan pul qazanmaq asandır?

- Mən elə ABŞ-da ancaq idmandan pul qazanıram. Azərbaycanda illərlə məşq etdim, heç nə qazanmadım. Əksinə, həmişə mənim idmana pulum çıxırdı. Çünki bizim idman növü qeyri-olimpiya idman növü idi. Ona görə də pul yox idi. ABŞ-da isə belə deyil. İdmançısansa, maaşını alacaqsan. Eyni zamanda sponsorum da var. Ona görə də məşqlərimi rahat edirəm. Azərbaycan vətənim olsa da, orada hər hansı dəstək görməmişəm.

- Amma Azərbaycanı da bir çox beynəlxalq yarışlarda təmsil edirsiniz...

Посмотреть эту публикацию в Instagram

Публикация от Elgun Khanoghlanli (@elgun_khanoghlanli)

- Bəli. Çünki vətənimi sevirəm. Bayrağımı zirvələrə qaldırmaq mənim üçün fəxrdir.

- ABŞ-da idman ilə məşğul olan bir çox idmançılar filmlərə də çəkilir. Siz necə, belə təklif almısınız?

- Bir neçə filmdə oynamışam. Təklif gəldikcə, dəyərləndirirəm. Azərbaycanlı rejissor Elmar Bayramovun filmlərində də oynamışam.

- Başqa nə işlə məşğulsunuz?

- Burada ancaq məşq edirəm. İdman karyeramı davam etdirirəm. Nə vaxt idman ilə vidalaşsam, ondan sonra artıq biznes ilə məşğul olacağam. Şəxsi biznesimi quracağam.

Посмотреть эту публикацию в Instagram

Публикация от Elgun Khanoghlanli (@elgun_khanoghlanli)

- Ailə quranda necə? Evlənəciyiniz xanımı  Azərbaycandan seçəcəksiniz,  yoxsa ABŞ-da xarici vətəndaşla nikaha girəcəksiniz?

- Bu haqda danışmaq çox tezdir. 27 yaşım var və hələ karyera haqqında düşünürəm. Qismətdə nə varsa, o olacaq. Azərbaycandan olan xanımla da evlənə bilərəm, ABŞ-dan olan xanımla da. Bunu zaman göstərəcək.

Xəbər lenti
0