BAKI, 27 noyabr — Sputnik. Noyabrın 28-dən 30-dək İranın Urmiya şəhərində sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında "Martyrs Cup" turniri keçiriləcək.
Sputnik Azərbaycan Güləş Federasiyasının mətbyat xidmətinə istinadən xəbər verir ki, komanda yarışında əvvəlcə sərbəst, daha sonra isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq. Sərbəst güləşçilərin mübarizəsində məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Şahin Muxtarov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev, Tural Hüseynov (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Əşrəf Aşurov (70 kq), Davud İbrahimov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və Aydın Əhmədovdan (125 kq) ibarət kollektiv qüvvəsini sınayacaq.
Yunan-Roma güləşi üzrə komandamızda isə Zaur Əliyev (55 kq), Həsən Məmmədli, Əsgər Əlizadə (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Ruslan Hədisov (67 kq), Niyaz Ərzumanov (72 kq), Cavid Miralayev (77 kq), Aslan Məmmədov (82 kq), Nəzərşah Fətullayev (87 kq), Rüfət Məmmədov (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb. Onlar böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin tapşırıqlarını yerinə yetirəcək.
II dərəcəli beynəlxalq hakim Vaqif Zeynallı "Martyrs Cup"da ədaləti qoruyacaq.