CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həftənin son hava xəbərdarlığı açıqlandı

© Sputnik / Rumiyya MiraslanBakıya yağan yağış nəticəsində yaranan tıxac
Bakıya yağan yağış nəticəsində yaranan tıxac - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah Bakıda və Abşeron yarımadasında hava yağıntılı olacaq

BAKI, 24 noyabr - Sputnik. Ölkə ərazisində noyabrın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7°, gündüz 10-13° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, dağlıq ərazilərdə 4° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir. 

Almaniyanın Frankfurt Hava Limanında polis, arxiv şəkli - Sputnik Azərbaycan
Hava limanı qarışdı, yaralılar var

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı ehtimalı var.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-5°, gündüz 7-11° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° isti olacağı bildirilir. 

Güclü yağış və sel Lənkəranı ağuşuna alıb, altı kənd su altında qalıb - Sputnik Azərbaycan
VİDEO
Sel Lənkəranı ağuşuna alıb, altı kənd su altında qalıb

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 8-13° isti olacağı ehtimal edilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-8°, gündüz 9-12° isti, dağlarda gecə 0-3°, gündüz 5-8° isti olacağı bildirilir.

Xəbər lenti
0