SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin xarici işlər naziri Donald Trampı ittiham edib

© Sputnik / Murad OrujovМинистр иностранных дел Турции Мевлют Чавушоглу в ходе совместного брифинга с азербайджанским коллегой Эльмаром Мамедъяровым
Министр иностранных дел Турции Мевлют Чавушоглу в ходе совместного брифинга с азербайджанским коллегой Эльмаром Мамедъяровым - Sputnik Azərbaycan
Abunə olmaq
"Camal Qaşıqçı olayı ilə bağlı Tramp bilərəkdən özünü xəbərsiz kimi göstərir"

BAKI, 23 noyabr — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Camal Qaşıqçı olayı ilə bağlı Ağ Ev rəhbəri Donald Trampı ittiham edib. Ötən gün Ağ Ev rəhbəri Donald Trampın Səudiyyə şahzadəsini müdafiə etməsi türkiyəli naziri qəzəbləndirib. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, jurnalist Camal Qaşıqçının ölüdürüldüyü ərəfədə Trampın Səudiyyə şahzadəsi ilə ittifaqını daha da gücləndirməsi Türkiyə tərəfdən də birmənalı qarşılanmayıb. Türkiyənin xarici işlər naziri CNN-ə açıqlamasında Trampın olaylara göz yumduğunu deyib. 

Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Donald Tramp Qaşıqçı olayı ilə bağlı yeni iddia irəli sürüb

"Camal Qaşıqçı olayı ilə bağlı Tramp bilərəkdən özünü xəbərsiz kimi göstərir. Lakin bu yanaşma səhvdir. Pul hər şey demək deyil. Özümüzü insani dəyərlərdən uzaqlaşdıra bilmərik" – deyə nazir qeyd edib.

Xatırladaq ki, ötən gün Ağ Ev rəhbəri Qaşıqçı olayı ilə bağlı əllərində sübutun olmadığını bildirmişdi:

"Əlimizdə heç bir nəticə yoxdur, heç kəs bunu sübut etməyib. Camal Qaşıqçının Səudiyyə şahzadəsi tərəfindən öldürüldüyünü kiminsə sübut edib, etməyəcəyini də bilmirəm. Deyirlər ki, bu sui-qəsd şahzadənin əmri ilə reallaşıb. Lakin iddialarla həqiqət tamamilə fərqli anlayışdır".

Xəbər lenti
0