CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın "Qara cümə"si: Öncə qiyməti qaldır, sonra endirim adı ilə öz qiymətinə sat

© Sputnik / Fuad HasanovŞəhərin geyim dükanında 70% endirimlər
Şəhərin geyim dükanında 70% endirimlər - Sputnik Azərbaycan
Abunə olmaq
Marketoloq: "Xaricdə bir çox hallarda müştərilər "Black friday" kampaniyasına qoşulmayan şirkətləri boykot edir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Bu gün hər il olduğu kimi yenə də "Black Friday" (qara cümə) keçirilir. Həmin gün bir çox markalar mallarına 50%-dən çox endirim edərək, müştərilini sevindirir. İldə bir dəfə, 23 noyabrda keçirilən bu endirim festivalını yüzlərlə insan böyük həvəslə gözləyir. 

Номер отеля, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu, hələ endirim paketidir, gerisinə baxın...

Azərbaycanda da son illər bu ənənəyə qoşulan bir çox markalar var. Amma bizdə buna yanaşma bir qədər fərqlidir. Belə ki, ölkəmizdə bu festivala qoşulan mağazalarda malların qiymətləri həmin gün süni şəkildə artırılır. Endirim edilərək yenidən əvvəlki qiymətlərinə satılır. Yəni real endirim olmur.

Sputnik Azərbaycan bunun səbəbinə marketinq və PR sahəsində çalışan mütəxəssislərlə aydınlıq gətirməyə çalışıb.

Marketinq üzrə menecer Müşfiq İsgəndərov qeyd edib ki, bu ənənə ABŞ-da başlayıb: "Marketoloqların düşündükləri ən gözəl ideyalardan biridir. Məhsulu müştərinin almasına şərait yaratmağın ən yaxşı yoludur. Heç bir marka bu cür yollarla gəlirini aşağı salmır. Əksinə, daha çox qazanaraq gəlirini bərabərləşdirməyi bacarır".

M.İsgəndərov qeyd edib ki, "Black friday"də endirimlər fərqli olur: "Belə ki, real qiymətlərə ən azı 50% endirim etmək lazımdır ki, bu festivalın şərtlərinə tam riayət edəsən. Bazara nəzarət güclü olmayan ölkələrdə isə bu qanuna riayət olunmur. Festival adı ilə 20% endirim edirlər. Bu isə gündəlik edilən endirimlərdən biridir və "Black friday"in şərtlərinə uyğun deyil. Nəticədə də müştərini aldadırlar".

"Azərbaycanda da endirimlər edən zaman qiymətlər qaldırılıb endirim olunur və istehlakçının hüquqları pozulur. Bizdə sahibkarlar bu bayramdan mənfəət əldə etmək üçün istifadə edir. Bu da yanlış yanaşmadır. Bu Türkiyədə də belədir. Ümumiyyətlə, Azərbaycanda "Black friday" keçirilmir. Sadəcə adı var, özü yoxdur" - deyə menecer əlavə edib.

Biznesin inkişafı üzrə mütəxəssis Nicat Manafov da o fikirdədir ki, Azərbaycanda "Black friday"in keçirilməsi absurddur: "Bizim mental dəyərlərimizdə, istehlakçı davranışında "Black friday" anlayışı yoxdur. Texnologiya ilə maraqlanan gənc nəslə xaricdə olan "Black friday" maraqlı gələ bilər. Amma Azərbaycanda olan "Black friday" kampaniyaların səmimi və real olduğuna inanmaq mümkün deyil. Bu festivalı Azərbaycanda nə istehlakçılar, nə də istehsalçılar səmimi qəbul edir. Ona görə də bu il heç bir şirkət bu festivala ciddi yanaşmadı". 

Пресс-конференция председателя Общества свободных потребителей Азербайджана Эйюба Гусейнова - Sputnik Azərbaycan
Eyyub Hüseynov: “Yalançı endirimlərlə istehlakçıları aldadırlar”

"Şirkətlər anbarlarında qalan satılmayan malları endirimli mal kimi uzun müddətə satmaq əvəzinə, bu festival vasitəsi ilə tez bir zamanda satıb yeni malların istehsalına diqqət ayırmağa çalışırlar. Azərbaycanda rəqabət zəifdir və istehsalçı belə bir addım atmır. "Gec satılsın, amma öz qiymətinə satım" düşüncəsi var. Ona görə də Azərbaycanda endirim kampaniyalarında nəinki "Black Friday", adi günlərdə də aparılan endirimləri ciddi qəbul etmirəm. Bir sözlə, yalançı "Black Friday" keçirmək lazım deyil" – deyə həmsöhbətimiz əlavə edib.

PR üzrə menecer İlkin Əhmədov isə deyib ki, öncə "Black friday"in gözəl bir ənənə olmasını anlamalıyıq: "Xaricdə bunu gözəl ənənə kimi yaşadırlar və bundan həm satıcı, həm də alıcı qazanır. Hər şey müqayisə zamanı bilinir. Müqayisə edəndə, görərik ki, bu festivalda digər (xüsusilə inkişaf etmiş) ölkələrdə istehlakçılar fantastik endirimlər edirlər. Məhsuldan asılı olaraq bəzi hallarda endirimlər hətta 90%-i ötür. Mən ABŞ-da, Avropadakı ucu-bucağı görünməyən növbələrin özüm şahidi olmuşam".

"Bizdə isə sosial şəbəkələrdə "kreativ" paylaşım edirlər, radioda elan edirlər, vəssalam. Azərbaycanda "Black friday" kampaniyasına qoşulan şirkətlərin siyahısına baxın. Bir neçə bank (ən yaxşı halda, hansısa kartın sifarişinə 50% endirim), mobil operator (hansısa internet paketin sifarişinə endirim) və s. Axı orta statistik azərbaycanlıya bu cür endirim heç lazım da deyil! Kiçik araşdırma aparsaq, görərik ki, minlərlə vətəndaşımız bu günləri gözləyir və məhz xaricdən onlayn alış-veriş edir" – deyə İ.Əhmədov əlavə edib.

PR üzrə menecer ən böyük problemlərdən birinə də toxunub: ""Black friday" deyərək, camaata endirim təklif edənlər, əslində, müştərini aldadaraq, onların cibinə girir. Məsələn, 5 manatlıq məhsulu 7 manatadək bahalaşdırıb, sonra elə endirim təklif edirlər ki, məhsul, hətta əvvəlki qiymətdən də baha başa gəlir. Dəfələrlə bu cür hallara rast gəlinib, sosial şəbəkələrdə də, mətbuatda da yazılıb. Görünür, kimlərsə "Black friday" ifadəsini birbaşa tərcümə edib və müştərinin cümə gününü qara gətirir".

"Yeri gəlmişkən, xaricdə bir çox hallarda müştərilər "Black friday" kampaniyasına qoşulmayan şirkətləri boykot edir. Sözsüz ki, burada ictimai qınaq əsas amildir" - deyə PR mütəxəssisi deyib.

Xəbər lenti
0