Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ermənistan yığmasını məğlub edən komandamız medal qazandı

© Photo : AZERBAIJAN WRESTLING FEDERATIONSərbəst güləş üzrə gənclər arasında respublika çempionatı
Sərbəst güləş üzrə gənclər arasında respublika çempionatı - Sputnik Azərbaycan
Abunə olmaq
Qrupda 2-ci yeri tutan millimiz İran-2-ni (7:3) məğlub edərək bürünc medalın sahibi olub

BAKI, 22 noyabr — Sputnik. Noyabrın 21-də İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilər arasında "Day of children" turniri keçirilib.

Sputnik Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yarışında ölkəmizi böyük məşqçi Namiq Quliyev və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Ruslan Abdullayev (38 kq), Emin Qocayev, Abdul Abdullayev (hər ikisi 41 kq), Mahir Məmmədov (44 kq), Ramik Heybətov, Nurəddin Novruzov (hər ikisi 48 kq), Ağanəzər Novruzov (52 kq), Məhəmmədəli Quliyev (57 kq), Namus Orucov (62 kq), Səttərxan Allahverdili (68 kq), Varis Mehdizadə (75 kq) və Xəlil Allahverdiyevdən (85 kq) ibarət kollektiv təmsil edib.

Yığmamız qrupda İran-1 komandasına 3:7 hesabıyla uduzub və eyni hesabla Ermənistana qalib gəlib. Bu nəticəylə qrupda 2-ci yeri tutan millimiz İran-2-ni (7:3) məğlub edərək bürünc medalın sahibi olub.

Fərdi birincilikdə Ruslan Abdullayev (38 kq), Ramik Heybətov (48 kq) və Məhəmmədəli Quliyev (57 kq) qızıl, Mahir Məmmədov (44 kq) isə gümüş medalı boynundan asıb.

Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Zaur Şərifov ənənəvi yarışda ədaləti qoruyub.

 

Xəbər lenti
0