Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Fövqəladə hallar naziri: "Binada yaşayan 36 ailənin hamısı təxliyə ediləcək"

© Sputnik / Ilham MustafayevGəncədə partlayış
Gəncədə partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Kəmaləddin Heydərov: "Bina sökülüb-tikilənə kimi və ya tam bərpa olunana qədər bina sakinləri dövlətin qayğısı altında yaşayacaqlar"

BAKI, 20 noyabr — Sputnik. "Axtarış - xilasetmə işləri davam etdirilir. Artıq müəyyən olunub ki, binada baş verən faciəyə səbəb qaz sızmasıdır. Hadisə Prezident İlham Əliyevin tam nəzarətindədir".

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bu açıqlamanı fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncədə baş verən partlayış bölgəsində verib. Nazirin sözlərinə görə, bina və bina sakinləri haqqında, yəqin ki, tezliklə qərar veriləcək.

"Təmizləmə işləri bitəndən sonra binadan 36 ailənin hamısı təxliyə ediləcək və müvafiq yerlərdə yerləşdiriləcəklər. Bina sökülüb-tikilənə kimi və ya tam bərpa olunana qədər bina sakinləri dövlətin qayğısı altında yaşayacaqlar" - nazir vurğulayıb.

K.Heydərov əlavə edib ki, hadisə zamanı 3 nəfər ölüb və 1 nəfər yaralanıb: "Hal-hazırda yaralı əməliyyat olunur. Araşdırma bitmək üzrədir. Bir müddət sonra bu barədə mətbuata geniş informasiya veriləcək".

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov  - Sputnik Azərbaycan
Nazir partlayış baş verən binanın taleyinə aydınlıq gətirdi

Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Gəncə şəhərindədördmərtəbəli binada partlayış olub.

Hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib. Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gedib. Nazir qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.

Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib.

Xəbər lenti
0