“Partlayış haqqında məlumat səhər saat 5:40-da daxil olub”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş uçqunla əlaqədar jurnalistlərə açıqlamasında Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, ilkin məlumatlara görə partlayış binanın ikinci mərtəbsində baş verən qaz sızması nəticəsində baş verib: “Hazırda 3 nəfər həlak olub, bir nəfər isə yaralı vəziyyətdə hərbi hospitala yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir. Axtarışa kinoloji xidmətin itləri də cəlb olunub. Əgər burada hansı reaksiya olmazsa təmizləmə işləri davam etdiriləcək. Daha sonra isə binanın qalıb-qalması və ya sökülüb yenidən tikilməsi barədə qərar veriləcək”.
Nazirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz