CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsanlıq örnəyi: Xeyriyyəçiliklə məşğul olaq, yoxsa olmayaq

CC0 / rawpixel / AchievementРуки людей, фото из архива
Руки людей, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İmkan var ki, kömək edək, maaşımız bu aydan o biri aya çatmır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 17 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Arzu kənd sakini Nazim Məmmədov xeyriyyəçiliklə ilə məşğul olmaq qərarına gəlib. O, özünə məxsus alma bağlarından dərdiyi almaları imkansızlara paylamaq qərarına gəlib.

Bu il həmin bağlarda məhsuldarlıq yüksək olduğundan almanın qiyməti aşağı düşüb. Nazim dayı da almanın kilosunu 30 qəpikdən satmaqdansa, ehtiyacı olanlara - uşaq bağçalarına, əlil ailələrinə, qocalar evinə, uşaq evlərinə verməyin daha savab iş olduğunu düşünüb.

Xaçmazlı sahibkar məhsulunu təmənnasız paylayır  - Sputnik Azərbaycan
VİDEO
Xaçmazlı sahibkar məhsulunu təmənnasız paylayır

Nazim Məmmədovun etdiyi xeyriyyə aksiyası insanları sevindirib. Belə ki, Xaçmaz sakini bağındakı almaları imkanı olmayanlara, uşaq və qocalar evlərinə pulsuz paylayıb.

Maraqlıdır, vətəndaşlarımız bu xeyriyyəçilik faktını necə qiymətləndirir? Xaçmazlı fermerin bu addımı digərlərinə örnək ola bilərmi? Ümumiyyətlə, xeyriyyəçiliklə məşğul olan vətəndaşlarımız çoxdurmu?

Sputnik Azərbaycan bu barədə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Aldığımız cavabları olduğu kimi təqdim edirik:

Vüsal Qarayev: "Söhbət maddi yardımdan gedirsə, ətrafımdakıların özlərinin xeyriyyəçilərə ehtiyacları var. Həmçinin də, özümün. Hər ayın əvvəli yaxınlaşanda depressiyaya düşürəm. Çünki kirayə pulunu verib-verə bilməyəcəyim məni narahat edir. Uşaq, ailə, maddi cəhətdən özümü idarə edə bilmirəm. Qocalar evinə alma verən vətəndaşa da halal olsun. Belə insanların sayı çox olsun".

Bəsti İsrafilova: "Xeyriyyə işləri görənlər var. Ancaq gərək ki, cəmiyyətin müəyyən qismi deyil, çox hissəsi bu sahədə birləşə, əlində artıq olan nemətləri başqaları ilə paylaşmağı bacara".

Tamerlan Cəfərov: "Tanıdığım insanlar var ki, onlar xeyriyyəçiliklə məşğuldurlar. Mən isə çalışdığım sahə üzrə imkanı zəif olan insanlara pulsuz yardım göstərərək xeyriyyəçiliklə məşğul oluram".

Günel Musa: "Mənim ətrafımda belə gözəl qəlbli insanlar var. Azdırlar, amma əsas odur ki, varlar. Məsələn, bizim evin yaxınlığında bir uşaq geyimləri satılan dükan var. Oranın daimi müştərisiyəm. Müdiri ilə görüşdüm, xahiş etdim ki, filan qəsəbədə geyimə ehtiyacı olan uşaqlar var. Amma onların imkanları yoxdur. Endirim etsəydiniz, sizdən xeyli geyim alardıq o uşaqlar üçün. Müdir dedi ki, "mən özüm onlara burdan nə qədər lazımdır geyim göndərəcəm". Qürurvericidir belə sahibkarların Azərbaycanda olması".

İslam Qəmbərov: "Mən uzun zamandır ki, xeyriyyəçiliklə məşğulam. İldə iki dəfə kasıb ailələrə geyim və ərzaq paylayıram. Amma buna artıq həyatda etməli olduğum iş kimi baxıram. Düşünürəm ki, imkanı olan hər kəs bunu etməlidir. Axı dünya malı elə dünyada qalacaq".

Sədaqət Qulamova: "Mən çox ehtiyac içində böyümüşəm. O zaman mənə dəyər verən olmadı. İmkanlılar belə, yaxın durmurdular. Ailəmlə çox pis yaşamışıq. Ona görə də mən də heç kimə yardım etmirəm".

Sadiq Əliyev: "Hər il uşaq evlərində olan körpələrə yardım edirəm. Onlara qayğı lazımdır".

Mətanət Abışova: "İmkan var ki, kömək edək? Maaşımız bu aydan o biri aya çatmır. Özümüzə yardım edən lazımdır".

Xəbər lenti
0